Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xaricdəki azərbaycanlıların növbəti təxliyəsi nə vaxt olacaq? - RƏSMİ (VİDEO)

 
“Hazırda ölkəmizdə ciddi karantin rejimi davam edir və müddət 31 may tarixinədək uzadılıb. Bu tarixədək digər ölkələrə gediş-gəliş müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, xarici ölkələrdəki vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində addımlar atılır”.
Yenixeber.org: Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib. O bildirib ki, xaricdə qalan vətəndaşlarımız xüsusi çarter reysi ilə ölkəmizə təxliyə edilirlər: “Rusiyadan bir qrup vətəndaşımız təxliyə edildi. Bu günlərdə Rusiyadan yeni qrup geri qaytarılacaq. Yaxın günlərdə digər ölkələrdən də azərbaycanlıların hissə-hissə, mərhələlərlə ölkəmizə geri dönüşü həyata keçiriləcək”.

L.Abdullayeva onu da deyib ki, Azərbaycana təxliyə edilən vətəndaşlar məcburi şəkildə və dövlət hesabına karantin rejimində saxlanılır.

Geri qaytarılmanın necə həyata keçirilməsi məsələsinə gəldikdə isə XİN rəsmisi qeyd edib ki, təxliyə planları Azərbaycanda infeksiyanın yayılması vəziyyəti və karantin yerlərinin hazırlığı ilə əlaqəli həyata keçirilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam