Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Əhəd Abıyev jurnalistləri təhqir etdi: "Erməni əsilli məxluqlar..."

 

 

 Xəbər verdiyimiz kimi, redaksiyamıza Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin böyük biznes şəbəkəsi barədə məlumat daxil olub.
Yenixeber.org: Məsələ ilə bağlı mövqe öyrənmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinə "KİV haqqında Qanun"un tələblərinə uyğun informasiya sorğusu göndərsək də, sorğumuza mahiyyəti üzrə cavab verilməyib. Əksinə, Daşkəsən rayon İcra Hakimiyyəti saytımız da daxil olmaqla bütövlükdə mediaya təhdid və təhqir dolu müraciət göndərib. İcra Hakimiyyətinin həmin müraciətini olduğu kimi təqdim edirik:


"Demokrat.az saytında və həmin sayta istinadən bəzi saytlarda yayımlanmış “Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı – Şok siyahı” başlıqlı əsassız, uydurulmuş yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşıdılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə tərəfimizdən müraciət edilmişdir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.


Erməni əsilli məxluqlar müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə bilərəkdən məkrli niyətlə yazılan yalan və böhtan xarakterli məlumatlarla Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin dövlət xadimi, siyasi rəhbər kimi işgüzar nüfuzunu ləkələməyə çalışırlar.  Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir.


Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən və Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumatlar yayanlar məsuliyyətə cəlb edilsin".(demokrat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam