Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daşkəsənin dağ kənd məktəbində psixoloq olmaq üçün 5000 manatı kim istəyir?

Daşkəsənin dağ kənd məktəbində psixoloq olmaq üçün 5000 manatı kim istəyir?
Yenixeber.org: Kifayət qədər problemləri olan Daşkəsən rayonunda sakınlərin narazılıqları gün-gündən artmaqda davam edir.Rayon İcra Hakimiyyətinin başçısınin verdiyi hesabatlar da sakınlərin gözünə kül üfürmək kimi bir şeydir.Aktualinfo.org-a verilən  məlumatlara görə rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev vaxtının çox hissəsini Bakı şəhərində keçirir. Daşkəısən rayonu da məhz buna görə problemlərdən qurtula bilmir. Əhəd Abıyevin bir məmur kimi fəaliyyəti məhz Daşkəsən rayonuna təsadüf edir. Uzun illər Milli Məclisə gedib,gələn Əhəd Abıyev deyilənlərə görə, Millət Vəkili kimi fəaliyyətini necə icra edirdisə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də məhz eyni qaydada icra edir. Əhəd Abıyev Daşkəsənə işsiz qalmamaq üçün gedib. O hələ də böyük vəzifələr arzusundadır. Onun Milli Məclisdəki qalmaqallı çıxışlarıni dəyərli oxucular yaxşı xatırlayarlar. Əhəd Abıyev indi də Daşkəsən rayonunda qalmaqallı qərarlar qəbul etməkdə,addımlar atmaqdadır.

Daşkəsən rayonunun Təhsil şöbəsi 1948-ci  ildən yaradılıb.  Ötən  illər ərzində  rayonda ümumtəhsil  məktəblərinin  sayı  43-ə   catmışdır.  Rayonun Təhsil Şöbəsinin  tabeliyində  4  məktəbdənkənar  müəssisə  fəaliyyət  göstərir. Daşkəsən rayon Təhsil Şöbəsinin fəaliyyətini onun rəsmi saytında görməmək mümkün deyil. Saytın struktur bölməsinə daxıl olub rəhbərliyə baxdıqda biabırçılıqla rastlaşırsan. Belə ki,  2016-cı ildən Daşkəsən Təhsil şöbəsinin müdiri olan Zaur Məmmədovun qısa həyat yolundan başqa pedaqoji fəaliyyətinin azlığı da diqqət çəkir. Rayon Təhsil şöbəsinin keçmiş müdiri Nazım Verdiyev isə sayta görə hələ də müdir olaraq qalır,sadəcə şəklı müdir müavinindən sonra gəlir. Saytda Zaur Məmmədovun 2016-clı ildən, Nazım Verdiyevin isə 2008-cı ildən Daşkəsən rayon təhsil şöbəsinin müdiri olduğu göstərilir. Belə çıxır ki, Daşkəsəndə təhsil şöbəsinin iki müdiri var.Bu biabırçılığın səbəbkarı kimdir? Təhsil Nazirliyi,yoxsa Daşkəsən Təhsil şöbəsi deyə bilmərik.Bir mətbuat orqanı olaraq xahış edərdik hər iki qurum birinci bu sualımıza cavab versin. İkinci sualımıza isı diqqət yetirin.

Daşkəsən rayonunun Kəmərqaya kəndində, daha doğrusu kənddəki orta məktəbin direktoru Tərlan Əsədovanın ətrafında dolaşan söz söhbətlər səngimək bilmir və hər gün qeyri adi davranışları ilə hamını təəccübləndirir. Saytımıza verilən məlumata görə Əhəd Abıyevın Təhsil Nazirliyinin razılığı olmadan Kəmərqaya kənd orta məktəbinə direktor təyin etdiyi Tərlan Əsədova  kənd sakini Pakizə Hacıyevadan 2000 manat alaraq onu məktəbdə psixoloq işinə düzəldəcəyinə söz verib. Lakin üstündən bir il keçməsinə baxmayaraq Tərlan Əsədova söz verdiyi xanımı işə düzəltməyib. Pakızə xanım pulunu geri istədikdə Tərlan Əsədova bu iş üçün daha 3000 manat istəyib. Gözdən könüldən uzaq bir dağ kəndində psixoloq işləməyə 5000 manat istəyən direktora bu səlahiyyətləri kim verib? Təhsil naziri Ceyhun Bayramova verəcəyimiz ikinci sual belədir. Daşkəsəndə ucqar bir dağ kəndində psixoloq vəzifəsinə 5000 manat rüsumu kim müəyyən edib? Bu Tərlan Əsədovanın təyin etdiyi rusumdur,yoxsa sizin Ceyhun Bayramov? Mövzuya təkrar qayıdacağıq. Təbii ki,verdiyimiz suallara cavab aldıqdan sonra.(aktualinfo.org)

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam