Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Cəbrayılda türk şəhidin qəbri açıldı və...– Heyrətamiz olay

Cəbrayılda türk şəhidin qəbri açıldı və...

 

 

Azərbaycan xalqının milli-dini-irqi mənsubiyyətinə qarşı əsrlər boyu dözümsüzlük və qatı düşmənçilik göstərən hayların XX əsrin əvvəllərində (xüsusilə, 1905-1920-ci illər ərzində) yeritdikləri qanlı qırğınların, soyqırımın qarşısının alınmasında yerli özünümüdafiə qüvvələri ilə yanaşı Nuru paşanın başçılıq etdiyi 5-ci Qafqaz İslam Ordusunun əsgər və zabit heyətinin xalqımız qarşısında unudulmayacaq dərəcədə böyük xidmətləri olub. Bu müzəffər dəstənin ölkəmizin ərazisinə Naxçıvan, Dərələyəz, Göyçə, Zəngəzur və Qarabağ bölgələrindən daxil olması və paytaxt Bakı şəhərində gavurlar üzərində zəfər bayrağının dalğalandırması qürur doğurucu hadisə idi

 

Yenixeber.org: Qürurverici hallarla yanaşı, hay-daşnak-bolşevik tör-töküntülərinə qarşı döyüşlərdə şəhid olmuş türk əsgər və zabitlərinin müqəddəs qəbirlərini ziyarət etdikdə nə qədər şərəf və doğmalıq hissi keçiriksə, bir o qədər də qəlbən ağrıyırıq, can yanğısı duyuruq.

Belə müqəddəs məkanlardan biri də Cəbrayıl rayonunun Çələbilər kəndi ərazisindədir. Bu kəndin qəbiristanlığında "Hacı Qaraman ocağı" yeri yaxınlığında 60-a qədər şəhid və naməlum türk döyüşçülərinin qəbri olub. Bu sayın çoxluğu onunla bağlıdır ki, 1918-1919-cu illərdə Qarabağın dağlıq hissəsinin Arazboyu yaşayış məntəqələrində (Cəbrayıl və Şuşa qəzaları daxilində) şəhid olmuş türk silahlıları burada dəfn ediliblər.

Bu illər ərzində qəzanın Şahvələdli kəndində hay-daşnakların təcavüzü daha ağır olduğundan, (bu hissədə qanlı döyüşlər bu kənddə daxil olmaqla Süleymanlı, Qışlaq, Balyan və ətraf kəndlərdə baş verib) şəhid olmuş türk əsgərlərinin sayı 50-yə çatıb. İndi naməlum olan bu şəhidlər kənd qəbiristanlığında həm ayrı-ayrı, həm də "Qardaşlıq məzarı"ında dəfn olunublar. Bu qəbirlər keçən əsrin 70-cı illərinədək salamat qalıb.

Ötən əsrin 60-cı illərinin əvvəllərində Mustafa adlı şəxs həmin şəhid məzarlarının birinin üstünü açıb. Döyüşçü libasında və silahı ilə birlikdə uyuyan şəhidin barmağı tüfəngin tətiyində olduğundan necə olursa, ona toxunulur. Güllə açılır... və Mustafanın əli-barmağı yaralanır, ömrünün sonunadək şikəst qalır. Bundan sonra qəbirin üstü örtülür və sonra bir daha onlara toxunan olmur.

Qarabağın aran bölgəsinə yaxın yerdə - Ağdam rayonu ərazisində naməlum şəhid türk əsgərlərinin məzarı Şelli kənd qəbiristanlığında da olub. Həmin qəbirlər kənd yolunun altında qəbiristanlığa bitişik olan və qoz ağaclarından ibarət olan "Qurdlar bağı" adlanan yerdə, "Şelli arxı"nın yanında idi. Sayı 40-a qədər, tək-tək basdırılmış halda. Keçən əsrin 60-cı illərinədək bu qəbirlər olduğu kimi (kiçik torpaq təpəcikləri və alçaq başdaşı olmaqla) qalsa da, sonrakı illərdə həyətyanı sahələrin altında qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam