Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb-FOTO

  

Müştərilərinə səfrəli qiymətlər təqdim edən “Nar” “Qarabağın dirçəlişinə göstərdiyi dəstəyə görə” “Azerbaijan Business award” mükafatı ilə təltif olundu. Mobil operator işğaldan azad edilmiş ərazilərdə satış və şəbəkə infrastrukturunun genişləndirilməsi istiqamətində səylərinə və Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının reinteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dəstəyinə görə bu mükafata layiq görülüb.

Yenixeber.org: Müştərilərin etibarlı şəbəkə əhatəsindən faydalana bilməsi üçün mobil operator Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərində bugünədək ümumilikdə 100-dən çox baza stansiyasını istifadəyə verib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında “Nar” Xankəndi stadionunda Qarabağ və MOİK komandaları arasında tarixi futbol görüşündə qürurla iştirak edib. Qeyd edək ki, “Nar” Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk mobil operatordur.

“Nar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında infrastrukturumuzu genişləndirmək  prioritet hədəfimizdir. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidəqurulması istiqamətində həyata keçirilən önəmli layihələrə bundan sonra da öz dəstəyimizi göstərməyə davam edəcək, hər bir müştərimizin xidmətlərimizdən sərfəli qiymətə faydalanmasını təmin etmək üçün bütün mümkün səylərimizi səfərbər edəcəyik. Məhz bu yanaşma bizi sizə ən yaxın edir”, - deyə “Nar”ın baş icraşı direktoru Qunnar Panke mükafatlandırma mərasimində öz çıxışında qeyd edib.

2024-cü ildə şəbəkə infrastrukturunu daha da gücləndirməyi hədəfləyən “Nar” Qarabağın iqtisdibaza stansiyalarının, satış və xidmət mağazalarının sayını artırılmasını bu il də davam etdirməyi nəzərdə tutur.

“Nar” hal-hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 5 ildə Müştəri Loyallığıİndeksinə göölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam