Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Aygünün hesabı oğurlandı: belə qorunun -Ekspert

 

İnstaqram və Feysbuk hesabının oğurlanmaması üçün öncə sosial şəbəkənin ayarlar bölməsindən ikili qoruma funksiyasını aktiv etməlisiniz.

Yenixeber.org: Bu sözləri açıqlamasında İT mütəxəssisi Nəcmin Məmmədov sosial şəbəkə hesablarının oğurlanması ilə bağlı danışarkən deyib.

“Bu funksiyada siz nömrənizi qeyd edirsiz və yalnız nömrənizə gələn kodla hesabınıza giriş etmək mümkün olur. Hesabınıza aid nömrəni və emaili bilməyiniz şərtdir. Bunlar olmasa, hesabınızda problem yaranarsa, onu aradan qaldırmaq çətin olacaq”, - ekspert qeyd edib.

Mütəxəssis bildirib ki, son zamanlar oğurlanan hesablar saxta link vaistəsi ilə ələ keçirilir:

“Saxta linklərə daxil olduğunuz zaman sizin hesab məlumatlarınız mənimsənir. Bu da hesabınızın ələ keçirilməsinə səbəb olur. Çalışın heç vaxt naməlum linkə daxil olmayasanız, əks halda hesabınız oğurlana bilər. Müğənni Aygün Kazımovanın hesabı da məhz belə ələ keçirilib”.

Məsələ ilə bağlı danışan Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov vurğulayıb ki, sosial şəbəkə hesabının oğurlanması və həmin hesabdan başqasının adından məlumatlar yaymaq hüquqi məsuliyyət yaradır:

“Azərbaycan Respublikası Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır”.

Qeyd edək ki, müğənni Aygün Kazımovanın hesabını ələ keçirən hakerlər onu xalq artistinin özünə pul müqabilində satmaq üçün paylaşım ediblər.(Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam