Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Kristal Abşeron" inşa etdiyi binalarda mənzil idarəçiliyini qeyri-qanuni mənimsəyib -EKSPERT

Yenixeber.org: Bunu Əmlak Ekspert Mərkəzinin direktoru, əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlı bildirib. O, şirkətin paytaxtda apardığı tikintilər zamanı yol verdiyi nöqsanlardan danışıb. Bildirib ki, "Kristal Abşeron" avtomobil yolları, piyada səkiləri, yol çiyinləri ilə bağlı bütün normativ hüquq aktları kobudcasına pozur: "Həmin hissələri qeyri-qanuni zəbt edir, zəncirlətdirir, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin 2, bəzi hallarda hətta 3 zolağını zəbt etməsinə məcburi şərait yaradır. “Kristal Abşeron”un ölkədə qanun olduğundan xəbərsiz olan əməkdaşları gecə saatlarında həyətyanı sahələrdə nəqliyyat vasitəsinin saxlanmasına mane olur (bu həm də qaraj sahələrinin satılması üçün bir vasitədir), bu qaydalardan xəbərsiz olan bir qonaq həyətdə maşın saxlayıbsa, gecə saat 1-də, 2-də belə əməkdaşlar sahə mülkiyyətçilərinin bir-bir qapısını döyür, onları narahat edir. Adam başa düşmür ki, həyətyanı sahə sahə mülkiyyətçilərinin ümumi əmlakıdır. Bu məsələ Mənzil Məcəlləsinin 35-ci maddəsilə tənqimlənir. Hansı ki, həmin məcəllə, müvafiq qanunlar şirkətin sahibi olan deputat Ağalar Vəliyevin təmsil olunduğu Milli Məclisdə, onun səs verməsi ilə qəbil edilir.
Bundan başqa mülkiyyətçi bir ətək pul verib səndən mənzil alıb ki, ona darğalıq edəsən?"
R.Osmanlının sözlərinə görə, "Kristal Abşeron" həm də inşa etdiyi binalarda mənzil idarəçiliyini qeyri qanuni mənimsəyib, sakinlərin hüquqlarını pozur, toplanan kommunal vəsaitlərlə bağlı sakinlərə hesabat vermir və s. "Bunlar o şirkətin yol verdiyi nöqsanların kiçik bir hissəsidir" - deyə ekspert qeyd edib.
Tarixçi alim Zaur Əliyev "Kristal Abşeron"un inşa etdiyi binada qaldığını bildirib. O qeyd edib ki, binanın keyfiyyəti haqda danışmaq mümkün deyil, olduqca bərbad inşa edilib: "Binalara belə işıqlar keyfiyyətsiz kabellərlə çəkilib. Bir binada nə qədər kabel dəyişmək olar? Şəxsən yaşadığım binada kabellərin dəyişdirilməsinin sayını-hesabını itirmişəm. Bunu birdəfəlik keyfiyyətlisi ilə etmək olmazmı?"
Qeyd edək ki, bundan əvvəlki yazımızda şirkətin sahibi olan deputat Ağalar Vəliyevin parlamentdə "susqun deputatlar"dan biri olması ilə bağlı yazmışdıq. Milli Məclisin rəsmi saytında yerləşdirilən stenoqramlar üzərində apardığımız araşdırmalar nəticəsində məlum olub ki, A.Vəliyev 2020-ci ilin fevralından - növbədənkənar parlament seçkilərində yenidən mandar almasından bəri keçirilən plenar iclaslarda yalnız bir dəfə çıxış edib. O da elə həmin ilin aprelində 2019-cu ilin büdcəsinin icra vəziyyəti müzakirə edilərkən mədhiyyə xarakterli bir çıxış olub.
Onu da bildirək ki, şirkətin rəsmi saytında hazırda 12 layihənin icra edildiyi, indiyədək isə 17 layihənin tamamlandığı bildirilir.(Afn.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam