Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib -FOTOLAR

 

Mobil operator ölkə boyunca satış xidmətlərini həyata keçirən diler təmsilçiləri ilə illik yekun görüşü keçirdi. Görüş zamanı “Nar”ın satış göstəriciləri, tətbiq etdiyi yeniliklər və əldə etdiyi nailiyyətlər təqdim olunub.

Yenixeber.org: Üstün müştəri məmnuniyyətinin  təmin edilməsi və sərfəli qiymət siyasəti nəticəsində “Nar” yeni qoşulan abunəçi sayı və eləcə də, ümumilikdə satış göstəricilərini yüksəltməyə nail olduğu haqqında məlumat verilib. Bununla yanaşı, 2023-cü ildə Bakı, Gəncə, Gədəbəy, Goranboy, Göygöl, Kürdəmir, Laçın, Mingəçevir, Neftçala, Qəbələ, Şəki, Şərur, Tovuz və Zərdab şəhərlərində yenilənmiş “Nar” diler mağazaları uğurla abunəçilərə təqdim olunub.

Tədbirdə Laçın rayonunda və həmçinin, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xususi nümayəndəlikləri iştirak ediblər. Dövlət rəsmiləri Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan işgüzar mühit və azad edilmiş ərazilərin biznes potensialı haqqında görüş iştirakçılarını məlumatlandırıblar.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam