Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Binəqədidə bayram konserti olub -FOTOLAR

18 mart 2023-cü il tarixində Binəqədi rayonunda Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, birliyi, mehribanlığı, barışığı və səmimiyyəti özündə əks etdirən Novruz bayramı münasibətilə “Novruz-dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” adlı bayram konserti təşkil olunub.

Yenixeber.org: Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyələr, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər. 

Tədbirdə tarixi-mədəniyyət abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğ edilməsinə, ölkəmizdə və eyni zamanda ölkəmizdən kənarda Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ edən festivalların, mahnı müsabiqələrinin təşkilinə xüsusi önəm verən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində xalqımızın milli bayramı olan “Novruz bayramı”nın UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi xüsusilə vurğulanmış, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Böyük Qələbəmiz və  2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar səsləndirilən fikirlər, ifa edilən mahnılar doğma Qarabağımıza, Azərbaycanımıza həsr olunmuşdur.

Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş etmişdir. Novruz bayramınız mübarək olsun! Hər birinizə bahar əhval-ruhiyyəsi, süfrələrinizə bol ruzi-bərəkət və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq! Ocağımızdan odumuz tükənməsin, süfrələrimizdən bərəkətimiz əskik olmasın! Uca Tanrı dövlətimizi, xalqımızı qorusun!

Binəqədidə bayram konserti təşkil olunub





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam