Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Milli Məclisin BƏDXASSƏLİ ŞİŞİ Kəmaləddin Qafarov…-HƏBSİ QAÇILMAZDIR!

      Kəmaləddin Qafarov  və ASTEROİD... ASTEROİD-in yanında “qara yara”  nədir ki...?  
Elementar tibbi savadı olmayan adamı  Milli Onkologiya Mərkəzinə  necə  Baş direktor  müavini  təyin ediblər..?
   Kəmaləddin Qafarov həmkarı  Cavanşir Feyziyevin başına gələnlərdən nəticə çıxartmalıdır...

Yenixeber.org: Millət vəkili Kəmaləddin Qafarovla bağlı  yazıya keçməzdən öncə Astronomiya elmindən Kəmaləddin Qafarova bir-iki anlayışı başa salaq. 
İxtisasca tərəvəzçi, üzümçü olan Kəmaləddin Qafarov  bilməz ki, kainatda xeyli göy cisimləri var ki, onlardan biri də asteroidlərdir.  Böyük kütləyə malik olan asteroidlər  müxtəlif zamanlarda  YERƏ düşüblər və oranı məhv ediblər. 
Məsələn, səhv etmiriksə, 30 iyun  1908-ci ildə  Rusiya Federasiyasının Sibir bölgəsində  Tunguska  ərazisinə asteroid  düşüb və orada həyatı məhv edib. 
Təsəvvür edirsiniz, bu dəhşətli hadisəyə görə, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə  30 İyun Asteroid Günü kimi qeyd edilir. 
Asteroid məsələsini nə üçün  yada saldıq..? 
Milli Səhiyyəmiz  1 il BAŞSIZ qalanda, səhiyyə naziri olmaq uğrunda xeyli namizəd mübarizə aparırdı. 
Onlardan biri də  millət vəkili  Kəmaləddin Qafarov idi. 
Biz hələ o vaxt yazdıq ki, kim olursa olsun, ancaq Kəmaləddin Qafarov olmasın. Niyə..?
Çünki bu adam asteroid  kimi bir şeydir, hara düşsə oranı məhv edəcək. 
Düzdür e, səhiyyəmiz onsuz da yaman gündədir. 
Uzun illər Əli İnsanov  və Oqtay Şirəliyev kimiləri səhiyyəmizi  bərbad günə qoyub. 
Və demirik ki, digər namizədlər  guya “şeş-beş” edəcək. 
Amma  iraq olsun Kəmaləddin Qafarov səhiyyə naziri olsaydı, bu  asteroidin  Tunquskaya  düşməsi kimi olacaqdı. 100 ildir həmin ərazidə  ot da bitmir...
İndi başa düşdünüzmü,  bizim səhiyyəmizi hansı fəlakət gözləyirdi. Şükür ki, asteroid  sovuşdu...
Bəziləri bilməyərəkdən deyir ki, Kəmaləddin Qafarov səhiyyəmizin qara yarası, bəd şişi, nə bilim xərçəngidir. 
Əşi, nə danışırsınız, asteroidin yanında şiş-zad nədir ki..? 
Biz Kəmaləddini  xərçəngə bənzədənlərin məntiqini başa düşürük. 
Belə ki, təsərrüfat mütəxəssisi olan Kəmaləddin Qafarov uzun illərdir ki, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir.
Təsəvvür edirsiniz  elementar tibbi savadı olmayan bir adamı  Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini  təyin ediblər. 
Bu barədə xeyli yazıldığı üçün uzun-uzadı  yazmaq istəmirik. 
Təsəvvür edirsiniz, dünyada böyük problem olan onkoloji xəstəliklərlə  bağlı Mərkəzə  Kəmaləddin Qafarov rəhbərlik edir. Vallah, bu dünyanın sonu deməkdir. İnanmırsınız ? 
Bu adam  hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına  hansı  zülmləri gətirmir ? 
Kəmaləddin  Qafarov  bu əlacsız xəstələrin hesabına milyonlar qazanır. 
Bu adam deputat ola-ola “AzəriMed” şirkətinin sahibidir. 
Bu adamın direktor müavini olduğu Onkoloji mərkəzdə  xəstədən ilk müraciət  zamanı  500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat alır.
Hələ bu harasıdır ? 
Bu  adam dərman sata-sata  gəlib deputat olub. 
Bəli, bu adam dərman alverçisidir, dərman satmaqla məşğuldur,  “Zəfəran”  apteklər  şəbəkəsinin sahibidir. 
Kəmaləddin Qafarov təkcə dərman satmır, ev, mənzil də satır.
Bəli, “universal”  Kəmaləddin Qafarovun  “VERSAL PALACE”  MTK-sı  Bakı şəhərində,  Ağ Şəhərdə  binalar tikir, bahalı mənzillər  satır.
İndi isə Kəmaləddin  Qafarovun  şirkətlərinin az bir siyahısına nəzər salaq.
Yuxarıda qeyd etdiyimiz kimi,  Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydaları  aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, Kəmaləddin Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.
Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.
MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Loru dildə desək, Kəmaləddin Qafarov özü özü ilə müqavilə bağlayır...
Təsəvvür edirsiniz,  Kəmaləddin Qafarov  Onkologiya Mərkəzinin direktor müavini olaraq  dövlətin ayırdığı milyonları öz şirkətinin hesabına keçirir, oradan isə mal, dərman alıb təzədən Onkologiya Mərkəzinə satır. 
Kəmaləddin Qafarov 2 dəfədir ki, Milli Məclisə üzv seçilir, deputat olur. 
Deputat  bu yaxınlarda  yarım milyonluq tender uddu. Bəli, Dövlət Sərhəd Xidməti (DSX) “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 441 703.85 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb. 
Nəsə əlavə etməyə ehtiyac varmı, cənablar ?
Bəs, bu ölkənin qanunları, müvafiq dövlət qurumları hara baxır ?
Deputat necə bizneslə məşğul ola bilər ?  
Yazının sonunda  Kəmaləddin  Qafarova həmkarı, dərman satan, millət vəkili Cavanşir Feyziyevin  başına gələnlərdən nəticə çıxartmasını məsləhət görürük. 
Məlumat üçün qeyd edək ki, London məhkəməsi Feyziyevin ailə üzvlərinə məxsus  5 milyon  funt  sterlinqi  müsadirə etdi. Eyni aqibət  Kənaləddin Qafarovu da gözləyir. Bizdən demək…
Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
P.S Eee Kəmaləddin Qafarov, şəxsinə hörmətlə yanaşdığımız ağsaqqalın kölgəsinə sığınmasaydın bilirsən səndən nələr yazardıq. Bilirsən sənin adından bizdən nələr alıblar.(gündelik-bakı.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam