Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb -FOTOLAR

11 mart 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər – Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley Konqres” keçirilib.

Yenixeber.org:  Konqresin əsas məqsədi ictimaiyyətin diqqətini fiziki məhdudiyyətli şəxslərə yönəldərək inklüziv cəmiyyətə dəstək verməkdir.

Konqresdə müxtəlif sahələrdən olan tanınmış yerli və beynəlxalq spikerlər çıxış ediblər. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov da mobil operatorun tətbiq etdiyi uğurlu sosial layihələrlə bağlı təcrübələrini bölüşüb: “Nar olaraq cəmiyyətin həssas qisminə yönəlik layihələr etməkdə davam edirik, “Təlim məktəbi” və “Jest dili” kimi layihələrimizlə eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmağa çalışırıq”. Mobil operator indiyədək fiziki məhdudiyyətli insanlara yönəlik davamlı sosial layihələrlə çox sayda insanın həyatında müsbət dəyişikliklər edib.

“Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində eşitmə və nitq məhdudiyyətli insanlar üçün həyata keçirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam