Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Azərlotereya” ASC “Yaşıl Gələcək” layihəsinə qoşulub

   

“Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindən olan ekologiya və ətraf mühitin mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı genişləndirir.

 Yenixeber.org: Şirkət növbəti addım olaraq Nazirliyin “Yaşıl Gələcək” adlı ağacəkmə layihəsinə qoşulub.

Layihənin əsas məqsədi ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ağac əkilən ərazilərdə damcılı suvarma sisteminin quraşdırılmasına və ölkəmizin yaşıllaşdırılmasına töhfə verməkdir. Layihə çərçivəsində ilkin mərhələdə “Azərlotereya” 1 000 ədəd ağacın əkilməsi üçün ianə edib. Şirkət bundan sonra da layihəyə dəstək göstərməyə davam edəcək.

“Yaşıl Gələcək” layihəsi ölkəmizin yaşıllaşdırılmasında könüllü iştirakı nəzərdə tutur. Ağac əkilməsinə dəstək olmaq istəyənlər yasilgelecek.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, “Azərlotereya” daha öncə Nazirliyin təşkilatçılığı ilə həyata keçirilən  genişmiqyaslı ağacəkmə aksiyasına da qoşulub. Şirkət əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3 000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarı ağacları əkilib.

Aksiyaların məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də, sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək, gələcək nəslə yaşıl miras qoymaqla ətraf mühitin mühafizəsini xüsusilə gənc nəslin diqqətinə çatdırmaqdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam