Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Maşınla dənizə girib, istirahətə gələnlərə təhlükə yaratmaq “trend” olub? - Yol polisi HƏRƏKƏTƏ KEÇDİ +FOTO

 

Yay mövsümü gəldisə, əhali gününün böyük hissəsini çimərliklərdə keçirir. Məsələnin digər tərəfi isə dənizə istirahət üçün gələnlərlə yanaşı, avtoxuliqanlıq etmək, ictimai asayişi pozmaq niyyəti ilə gələnlərin də olmasıdır.

Yenixeber.org: Hətta zaman-zaman maşını dənizin içinə sürənlərə də rast gəlirik. Yəqin avtomobilyuma məntəqələri qiymətləri qaldırıb... Yoxsa bir neçə dəqiqəlik göstəriş xətrinə niyə avtomobilini duzlu suya salıb özünə ziyan vurasan? Bu, məsələnin başqa tərəfidir. Qayıdaq mövzumuza...

Çimərlik mövsümü hələ yeni başlayıb, lakin artıq əhali bu məsələ ilə bağlı sosial şəbəkələrdə kifayət qədər şikayət paylaşır. Əslində bu məsələyə yetəri qədər ictimai qınaq da var, lakin problem öz həllini tapmır ki, tapmır. 

Hətta bu kimi davranışlara yol verən, çimərlik yaxınlığında avtomobili sürətlə idarə edərək əhaliyə, xüsusilə də uşaqlara və yaşlılara təhlükə yaradan şəxslər barəsində kifayət qədər cəza tədbirləri də həyata keçirilib. 

Məsələ barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, bununla bağlı müxtəlif zamanlarda dəfələrlə sürücülərə müraciət edilib:

“Çimərlik nəqliyyat vasitələri ilə şou göstərmək yeri deyil. İyunun 15-dən rəsmi olaraq çimərlik mövsümü açılıb. Artıq iki gün keçməsinə baxmayaraq əhali bu problemdən kifayət qədər bizə narazılıq edir. Ətrafda azyaşlı uşaqlar, istirahətə gələn ailələr, gənc və yeniyetmələr var. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri onların həyatı üçün ciddi təhlükə yarada bilər. Sözügedən davranışlara yol verən şəxslərin hərəkətləri çimərlikdə istirahət edənlər tərəfindən xoş qarşılanmayıb”.

A.Əsgərli çimərlikdə spirtli içki qəbul edilməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Çimərlik ətrafında və ya daxilində iaşə obyektlərində alkoqollu içkilər satılır ki, bunu hamımız bilirik. Amma bu, o demək deyil ki, spirtli içki qəbul etdikdən sonra dənizə girmək lazımdır. Bu cür riskli addımlar atmaq yolverilməzdir.

Çünki spirtli içki qəbul etdikdən sonra dənizə girmək, ən təhlükəlisi isə sükan arxasına keçmək qəti qadağandır. Bu əvvəlcə həmin şəxslərin, daha sonra isə ətrafdakı insanların təhlükəsizliyi baxımından hər kəsi ciddi şəkildə narahat edir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə dəniz kənarında və ya çimərlik ərazisində avtomobil ilə qanunsuz hərəkətlərə yol verən, ictimai asayişi pozan 100-ə yaxın şəxs barəsində qanun çərçivəsində protokol tərtib edilib. Bir neçə şəxs barəsində isə işin hallarına görə toplanmış materiallar aidiyyəti üzrə məhkəmələrə göndərilib. Alkoqollu içkinin təsiri altında sükan arxasına keçən 10-larla şəxs isə müvafiq qaydada məsuliyyətə cəlb edilib”.

Polis mayoru sonda qeyd olunan halların baş verməməsi üçün, xüsusilə yay mövsümü boyunca polis əməkdaşlarının dənizkənarı yollarda vəziyyəti ciddi nəzarətə götürməklə gücləndirilmiş iş rejimində xidmət aparacaqlarını da qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam