Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Şəhidlərin ad günləri nə vaxtdır?-xalqın, vətənin yaddaşında doğulanlar

Yenixeber.org: Vətən torpağı uğrunda zamanbazaman qurbanlar vermişik. Özlərini vətən yolunda fəda edib, canlarından keçən igid oğul və qızlarımızı xalqımız müqəddəs şəhidlik mərtəbəsində tutub, əziz və unudulmaz xatirələrini həmişə hörmətlə anmışdır. Qarabağ uğrunda döyüşlərdə də, 1990-cı ilin 20 Yanvarında da özlərini azadlıq yolunda qurban verənlərimiz nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə şanlı qəhrəmanlarımız kimi daim yad ediləcəklər.

Mən bu yazımda həssas bir məqama aydınlıq gətirməyə çalışacağam. Yazıçılar, şairlər, alimlər, görkəmli mütəfəkkirlər, dahi şəxsiyyətlər öz yaradıcılıq dühaları nisbətində xalqımız tərəfindən daim anılır, özlərindən sonra qoyub getdikləri mənəvi irsləri sayəsində yad olunur, yaşayırlar. Şəhidlərimiz də öz igidlikləri ilə həmişə xatırlanıb, xalqımızın yaddaşında yaşayırlar.

Məlumdur ki, hər kəsin dünyaya gəlmə tarixi var. Bu tarixi günə xalqımız ümumiləşmiş ifadə ilə ad günü deyir. Hər kəsin də öz doğum gününü ad günü şəklində qeyd eləmək haqqı var. Bu, hər kəsin özünə məxsus olan hüququdur. Ancaq şəhidlərin doğum günləri olan ad günlərinin keçirilməsi məsələsində mən fərqli düşünürəm. Özümü misal gətirməklə və şərti şəkildə şəhid kimi təqdim etmək nümunəsində fikirlərimi açıqlamaq istəyirəm. Albalıyev Şakir Əlif oğlu 25 aprel 1969-cu ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. Kəndlərində orta təhsilini tamamlayıb, BDU-nun filologiya fakültəsinə qəbul oldu. Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi kəndlərində işləməyə başladı. Ara-sıra könlünün pıçıltılarını şeirə də çevirən Şakir müəllim vətənin üstünü qara buludlar alanda, vətənin müdafiəsinə yollandı. Bir əlində qələm səngər şeirlərilə düşmənlərə hərbə-hədyanlar oxuyur, bir əlində avtomatı ilə yağı düşmənə meydan oxuyurdu:

Avtomatım, ye gülləni.

Qus yağının ürəyinə, deyən Şakir Albalıyev doğma Cəbrayılın, Dağtumasın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdi. 26 avqust 1993-cü ildə doğulduğu Dağtumas kəndi uğrunda döyüşlərdə şəhid oldu. 24 il və 4 ay onun cismani ömür yolu oldu...

Bu yığcam ömür yoluna diqqət edək: 25 apreldə ata-anasının övladı kimi doğulan Şakir Albalıyev 26 avqustda şəhid olur. Xalqın, vətənin uğrunda şəhid olan Şakir Əlifoğlunun doğum tarixi olan ad günü hansı tarixdən hesablanmalıdır? Ata-anasının, ailəsinin övladı kimi rəsmi doğum tarixi olan 25 aprel ad günü kimi qeyd olunsun, yoxsa 26 avqustda şəhid olmaqla elinin-obasının, vətəninin övladı kimi “doğulduğu” tarixlə onun ad günü keçirilsin? Axı deyirik ki, şəhidlər ölümsüzlüyə qovuşurlar şəhidlikləri ilə. Bu ifadə həm də o anlamı-mahiyyəti göstərir ki, şəhidlər şəhid olduğu gün şəhid kimi doğulurlar – elin-obanın, vətənin övladı kimi ikinci bir mənəvi əbədiyaşarlıq ömrü qazanırlar. Deməli, bu məntiqdən götürdükdə, şəhidlərimizin ad günləri

onların cismani olaraq öz ailələrinin övladları olaraq dünyaya gəldikləri rəsmi doğum günləri yox, məhz şəhadətə qovuşduqları əbədiyaşar ad günlərindən hesablanmalıdır. Deməli, yuxarıda Şakir Albalıyevin timsalında göstərdiyim tarixlərdən birincisi – 25 aprel yox, ikincisi – şəhid olduğu 26 avqust onun doğum tarixi kimi qəbul olunmalıdır. Mən qəsdən özümü misal gətirdim ki, heç kəs inciməsin. Heç kəsə mən konkret şəkildə müraciət etmək istəmədim. Bir əlavə haşiyə də çıxmaq istərdim buradan. Əgər Şakir Albalıyev ölümündən sonra şəhid kimi yox, şair-publisist, ya alim kimi özünün mənəvi yaradıcılıq irsi ilə - əsərləri sayəsində anılıb-xatırlanırsa, o halda artıq onun anım günü təvəllüd tarixi olan cismani doğum günü ilə hesablanmalıdır. Çünki bu halda o, artıq şəhid kimi xatırlanmır. Yox, əgər şəhid kimi xatirəsi yad edilirsə, onda sözsüz ki, şəhid olduğu tarix onun doğum gününü əvəz etməlidir. Ümumiləşmiş şəkildə fikirlərimi bildirmək yolunu seçdim.

Və yaxud da Ümumxalq hüzn günü kimi keçirilən 20 Yanvar şəhidlərimizin anım günü elə dediyimə əyani misaldır. 20 Yanvar tarixi o şəhidlərimizin həm də əslində 20 Yanvar şəhidləri olaraq doğum tarixləridir. Bir sözlə, şəhidlərimizin ad günləri onların cismani olaraq bir ata-ananın övladı kimi dünyaya gəldikləri tarix yox, onların el oğlu, vətən övladı kimi doğulduqları şəhidliyə qovuşma günləridir. Gəlin şəhidlərimizin ad günlərini onların əbədiyyətə qovuşduqları günlərdə qeyd edək. Axı biz onlardan əbədiyyət yolunun yolçuları kimi bəhs açırıq. Cismani dünyanın insanları kimi yox. Axı şəhidlərimiz məhz əbədiyyətə qovuşduqları gündə mənəvi olaraq xalqın, vətənin yaddaşında doğulublar!.. Onların cənnətdəki doğum günləri də elə şəhid kimi doğulduqları tarixdir.

Şakir Albalıyev: xüsusi olaraq yenixeber.org üçün


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam