Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Sosial şəbəkələrdə söyüş baş alıb gedir" -Deputatlar qanun qəbul edilməsini istəyir

“Bu yaz sessiyasında nəhayət, sosial sifariş olan “Sosial şəbəkələr haqqında” qanunun qəbul edilməsini təklif edirəm”.

Yenixeber.org: Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Elman Nəsirov bildirib.

Deputat deyib ki, sosial şəbəkələrdə söyüş baş alıb gedir: “Belə insanları məhkəməyə verməkdən də çəkinirsən ki, yeni qondarma siyasi məhbus icad edəcəklər”.

E. Nəsirov qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna da ehtiyac var.

Deputat Naqif Həmzəyev isə “Ovçuluq haqqında” qanuna yenidən baxılmasını təklif edib: “Bu gün Kür çayında balıq tapmaq mümkün deyil. Qanunsuz balıq ovu ilə məşğul olan dəstələr var, partlayıcılar ilə balıq ovlayırlar. Digər tərəfdən, əcnəbilərin ölkədə qanunsuz ovla məşğul olmasına görə cərimələr çox aşağıdır”. O, “Sosial şəbəkələr haqqında” qanunun yaz sessiyasında qəbulunu təklif edib.

Deputat Sahib Alıyev də “Sosial şəbəkələr haqqında” qanunun qəbulu təklifini dəstəkləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam