Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

ADBTİA-da Zəfər günü ilə bağlı tədbirlər davam edir-FOTOLAR

Yenixeber.org: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası İkinci Qarabağ müharibəsi dövründə ön cəbhədə, əsgərlərimizin yanında olan ilk təhsil müəssisələrindən biridir. Müharibə dövründə Akademiya nümayəndələri komanda olaraq, on qrupa bölünərək cəbhə bölgələrinə yollanıb, əsgərlərə böyük ruh yüksəkliyi və mənəvi dəstək olublar.

44 günlük müharibə bitdikdən sonra Akademiya qazi tələbələri, şəhid ailələrini daim diqqət mərkəzində saxlayıb.
Akademiya əməkdaşları Şamaxı, Bərdə, Ağdam, Biləsuvar və digər bölgələrə gedib, şəhid məzunların məzarları, yas mərasimlərini ziyarət ediblər.
Bu günlər Akademiya Zəfər günü ilə əlaqədar bir sıra tədbirlər keçirir. Noyabrın 4-də ADBTİA Həmkarlar İttifaqı Komitəsi şəhid ailələri və müharibədə övladları iştirak etmiş əməkdaşlarına bayram sovqatları təqdim edib. Bundan başqa, Akademiya noyabrın 4-də 14 nəfərə şəxsə pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.
Ön cəbhədə döyüşən Akademiya əməkdaşları kimi arxa cəbhədə də digər əməkdaşlar öz fəaliiyətini davam etdiriblər.

Akademiya Vətən uğrunda döyüşənlərə və Vətən uğrunda şəhid olmuş məzunların ailələrinə göstərdiyi diqqət və qayğını həmişə davam etdirəcək.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam