Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fariz Nəcəfov:"Klubumuzda iki məsələ prioritet təşkil edir"

 "Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır. O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib"

Yenixeber.org: Bunu “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov klubun saytına açıqlamasında əsas komandanın yeni baş məşqçisi ilə bağlı fikirlərini bölüşərkən deyib.
O, Sənan Qurbanovun artıq məşqçi kimi püxtələşdiyini və rəhbərliyin olaraq ona güvəndiklərini bildirib: "Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: akademiya və əsas komanda. Qurbanov da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək. Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa Liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdir. Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam