Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Nar” "YAŞAT" Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edir

 

 

 

 

“Nar” “YAŞAT” Fondu və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və ağır yaralanan qazilər üçün həyata keçirdiyi aksiyaya qoşulub. Belə ki, müxtəlif şirkətlərin dəstəyi ilə reallaşan aksiya çərçivəsində şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralı qazilərə Novruz sovqatlarının çatdırılması nəzərdə tutulur. Məqsəd şəhid ailələri və qazilərin daima, o cümlədən Novruz bayramı ərəfəsində də diqqət mərkəzində saxlanılması,  onların sosial qayğı ilə əhatə olunmasıdır.

 

Yenixeber.org: Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərinə dəstək olub. Müharibədən sonra həm şəhid ailələrinə, həm də qazilərə xüsusi diqqətin göstərilməsi “Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam