Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beynəlxalq konfrans keçirilir -“İdman elmində innovasiyalar” mövzusunda /FOTOLAR

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası “8 Noyabr - Zəfər Günü”nə həsr olunan “İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirir.
Yenixeber.org: Konfransın məqsədi idmanda qarşıya çıxan müxtəlif problemləri müzakirə etmək, idmanın inkişaf tendensiyalarını, innovativ idman layihələrini müəyyən etmək üçün elmi işçilərin və mütəxəssislərin səylərinin birləşdirilməsidir.
Konfransın açılışı noyabrın 3-də saat 10:00-da onlayn şəkildə baş tutub.
Konfransın açılış mərasimində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin rektoru (ГЦОЛИФК) Tamara Mixaylova, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Böyük Britaniyanın UCL Universitetinin professoru Maykl Pol Luzmor iştirak ediblər.
İki gün ərzində konfransda, “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində iclaslar ADBTİA-nın akt zalında keçiriləcək.
Konfransın materialları ADBTİA-nın “Elmi Xəbərlər” jurnalında dərc ediləcək.

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam