Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Müəllimlər fəhləlik, tələbələr ofisiantlıq etsin”-Deputatların qalmaqallı sözləri

“Müəllimlər fəhləlik, tələbələr ofisiantlıq etsin”- Deputatların qalmaqallı sözləri

Yenixeber.org: Həmin şəxslər bəzən canlı yayım, bəzən isə adi şəraitdə çıxışları zamanı qeyri-adi fikirlər səsləndiriblər.

Müxtəlif mətbuat orqanlarında dərc edilmiş və müəyyən zamanlarda geniş müzakirəyə səbəb olan həmin çıxışlardan bəzilərini olduğu kimi təqdim edirik:

Sabiq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində:

“Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar”.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sabiq sədri Hadi Rəcəbli:

“Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var.

O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov:

“Mən həmin zaman söylədim ki, erməni əsgərləri qorxudan səngərdə əyilə-əyilə gəzirlər. Bilirsiniz, müasir səngərlər çox dərin qazıldığı üçün orada əsgərlər əyilmədən də rahat gəzə bilirlər. Klassik səngərlərdə isə əsgərlər əyilə-əyilə gəzirlər.

Mənim sözümün mənası o idi ki, Aprel döyüşlərindən sonra erməni əsgərləri böyük qorxu yaşayıblar, qorxudan ayaq üstə qalxa bilmirlər. Erməni əsgəri qorxudan düşünür ki, səngərdə belə o, ayaq üstə qalxan zaman Azərbaycan əsgəri onu məhv edəcək”.

BNA-nın şöbə müdiri Hikmət Babayev:

“Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”.

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov:

“Ayağını yorğanına görə uzat. Azdır, az ye, çoxdur, çox ye. Adamlar var, çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.

Milli Məclisin deputatı Aqil Abbas:

“Ov dünyanın ən gözəl istirahətidir. Ovdan aldığın ləzzəti heç nə əvəz edə bilməz. Hətta Cenifer Lopez də”.

Milli Məclisin deputatı Siyavuş Novruzov:

“Ən çox istinad etdiyiniz demokratik ölkə olan ABŞ-da gənclər səhər gedir oxuyur, axşam gedir restoranda qab yuyur. Özü də milyonçunun uşağı. Bizim hamımız vaxtilə işləmişik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam