"İlhamə Quliyeva öləndən sonra onun hörmətini lap çox saxladım. Onun adına halva çalıb, ehsan verirəm. "Yasin" oxutdururam... Sağlığında mənə kəskin böhtanlar deyirdi. Müdrik sözlərlə ona cavab verirdim. Ondan dərs də aldı. Bir dəfə məni məhkəməyə də verirdi, hakim dedi ki, axı Elza sizə heç nə deməyib".
Yenixeber.org: Bu sözləri Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyevanın ünvanına deyib. Müğənni ATV-də yayımlanan "Xeyirli axşamlar" proqramında illərlə aralarında yaşanan qalmaqaldan bəhs edib:
"Əsəbləşəndə bilmirdi nə danışır, səhv deyirdi. Aramızda qara pişiklər, nankorlar çox idi. İlhamə Quliyeva sağ olanda qorxusundan ona salam verib, yanında oturanlar, öləndə dəfninə gəlmədi.
İlhamə Quliyeva "alaq otları" dediyi müğənnilərdən hədiyyə alıb, onları səhnəyə çıxarırdı. Elədi da onu...".