Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Pensiya artımı parlamentin təqaüd yaşlı deputatlarına aid deyil” - Hadi Rəcəbli

 

“2019-cu ilin yanvarında sabiq deputatların pensiyaları artıb.  Söhbət o sabiq deputatlardan gedir ki, qanunla əmək pensiyası  yaşı çatıb və bu artım onlara aiddir”.

Yenixeber.org:   Bu fikirləri Milli Məclisin Əmək və sosial  siyasət komitəsinin sədri Hadı Rəcəbli təqaüd yaşına çatan sabiq deputatların pensiya artımından danışarkən deyib.


Komitə sədri əlavə edib ki, həmin artımın ödənilməsi gözlənilir:


“Bu ilin  sentyabr ayının 25-dən  etibarən təqaüd yaşına çatan sabiq deputatların pensiyasının ödənilməsi gözlənilir”.


Hadı Rəcəbli bildirib ki, bu artım parlamentdə olan və təqaüd yaşına çatan deputatlara aid deyil:


“Bu artan pensiyanı parlamentdə olan və təqaüd yaşına çatan deputatlar almayacaq. Çox vaxt bu məsələlər ictimaiyyətə yanlış olaraq təqdim olunur. Bunun parlamentdə olanlara aidiyyatı yoxdur”.


Hadi Rəcəbli təqaüd yaşında olan sabiq deputatların pensiya məbləğini də açıqlayıb:


“Təqaüd yaşında olan sabiq deputatlara 2018-ci ildə Milli Məclisin deputatlarının aldığı əmək haqqı qədər təqaüd verilirdi. Deputatların aldığı maaş qədər pensiya almaları da səbəbsiz deyil. Çünki deputatların mükafatları da var. Həmin o  mükafatları da əmək haqqının üzərinə gəlirik. O da 80% edəndə pensiya maaşın miqdarı qədər olur. Hazırda deputat nə qədər maaş alırsa, təqaüd yaşında olan sabiq deputat da o qədər pensiya alacaq”.


Qeyd edək  ki, pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir.

Qanunvericiliyə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra- 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. (modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam