Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Telekanallar koronavirusu unudub?

 

Qulu Məhərrəmli: “Televiziyalarda müharibə mövzusunun çox yer tutması yaxşıdır, amma bu, koronavirusla mübarizəni arxa plana keçirməməlidir”

Yenixeber.org: Azərbaycanda COVİD-19 infeksiyasına gündəlik yoluxma sayı 1000-i ötdü. Çox narahatedici rəqəmdir.

Rekord artım bir tərəfdən mövsümi səbəblərlə əlaqədardırsa, digər yandan subyektiv səbəbləri də var. Təəssüf ki, son həftələrdə hər kəs koronavirus təhlükəsini unutdu və ehtiyat tədbirlərinə (maska, sosial məsafə, toplu halda yığışmamaq və s.) gərək görmədi. Şübhəsiz ki, işğal olunmuş ərazilərimizin azad olunması üçün Vətən Müharibəsinin başlaması bütün diqqətlərin oraya yönəlməsini şərtləndirdi və bu da təbiidir. Çünki hazırkı mərhələdə bundan daha vacib məsələ ola bilməz. Amma onu da nəzərə almaq lazımdır ki, arxa cəbhədə virusun nəzarətdən çıxması ümumi işə ziyan vura bilər. Çünki xəstəxanalar dolur, halbuki hazırda Azərbaycan səhiyyəsinin əsas potensialı yaralı əsgər-zabitlərimizin müalicəsinə yönəlməlidir. Digər tərəfdən, virusun tüğyan etməsi onun Silahlı Qüvvələrə də sirayət etməsi riskini yaradır ki, bu da ölkənin müdafiə qabiliyyətinə mənfi təsir edə bilər. Ona görə də, koronavirusla mübarizə tədbirləri arxa cəbhədə aktuallığını itirməməlidir. Bu məsələdə kütləvi informasiya vasitələrinin, xüsusən telekanalların maarifləndirici roluna böyük ehtiyac var.

AzTv-nin mətbuat xidmətinin rəhbəri Nərgiz Rəfiyeva mövzu ilə bağlı sualımıza cavab olaraq hazırda virusla bağlı materialların yayımını davam etdirdiklərini söylədi:

“Koronavirusinfo verilişi “Mədəniyyət TV”nin efirində mütəmadi canlı yayımlanır. Sosial çarxlarımız efirdədir. Müxtəlif verilişlərimizdə virus və ondan necə qorunmalı mövzusunda məlumatlar verilir. Bununla bağlı virusoloqlar və digər mütəxəssislər proqramlarımıza dəvət olunur. Hər gün virusla bağlı gündəlik statistika məlumatları da efirimizdə yer alır”.

N.Rəfiyeva bildirdi ki, əgər bu verlişlər kifayət deyilsə, başqa təklifləri nəzərə almağa hazırdırlar.

İTV-nin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı qeyd etdi ki, öncəki günlərə nisbətən indi daha gücləndirilmiş şəkildə COVİD-19-la bağlı verilişlər olur:

“İstər səhər verilişlərində, istərsə də gün ərzində davam edən tok-şoularda COVİD-19 mövzusu işlənilir. Roliklərimiz təqdim olunur və hazırda yeni roliklərimiz də hazırlanır. Hətta əsgərlərimizin “gözəgörünməz virusla mübarizədə maska taxın, özünüzü qoruyun!” müraciətinin əksini tapdığı çarxlar da yayımlanır. Digər kanallar barədə fikir bildirə bilmərəm, bizdə gündəmdə olan mövzular davam edir. Hər xəbər buraxılışında koronavirus mövzusuna yer ayırırıq. “Sabahın xeyir, Azərbaycan”, “Dikdaban”, “Sabaha saxlamayaq”, “Diqqət mərkəzi” proqramlarında da bu mövzuya toxunulur”.

Media eksperti, professor, teletənqidçi Qulu Məhərrəmli hesab edir ki, bu gün efirdəki verlişlərin əsas hissəsinin müharibəyə aid edilməsi doğrudur:

“Bu gün televiziyalarda müharibə mövzusu çox yer tutur. Bu, yaxşıdır. Amma bu, qətiyyən başqa mövzuları, o cümlədən ikinci düşmən – koronavirusla mübarizəmizi arxa plana keçirə bilməz. Çünki gözümüzün önündə bütün Avropa, Amerika – hamı bu dəqiqə bu problemlə çarpışır. Ona görə də, mənə elə gəlir ki, bunu səngitmək olmaz. Televiziyalar bu məsələyə diqqət yetirməlidir, maarifləndirici istiqamət gücləndirilməlidir”.

Ekspertin sözlərinə görə, insanlarda sanki bir arxayınlıq yaranıb:

“Onlar elə düşünürlər ki, artıq yoluxmalar olmayacaq. Yəni bu virusun sadəcə, sözdə olduğunu düşünürlər. Amma gözümüzün qarşısında yoluxanların sayının artdığını görürük. Bizim müharibə mövzusu və müharibə ilə yaşamağımız yaxşıdır. Bu, həm də immunitetimizi artırır. Amma arxayın da olmamalıyıq”.

Q.Məhərrəmlinin fikrincə, bütün televeziyalar maarifləndirici, xəbərdaredici verlişlər təqdim etməlidir, sosial çarxlar yenə işə düşməlidir, insanlar maarifləndirilməlidir:

“Bu, televiziyaların birbaşa borcu və vəzifəsidir. Nəzərə almaq lazımdır ki, indiki dönəmdə internetdə bir sıra məhdudiyyətlər var, bununla bağlı problem mövcuddur. Bu dəqiqə sosial şəbəkələr və yaxud da internet platforması lazım olan səviyyədə auditoriyaya sahib deyil. Bəlli səbəbdən televiziyalara baxış sayı çoxalıb. Ona görə də, ekran qarşısında toplaşan insanlara bu məlumatları verib, xəbərdarlıqları ötürmək çox vacib və labüddür”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam