Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Azərbaycan düşən neft qiymətlərinə dözə bilməyəcək”

 

Fransanın “Societe Generale” bankının “Hansı ölkələr aşağı neft qiymətlərinə qarşı müdafiəsizdir” başlıqlı hesabatına görə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi Körfəz ölkələri, aşağı neft qiymətlərinə ən dayanıqlı ölkələrdir.

"Xeberinfo.com":  Hesabatda yer alan ifadələrə görə, bu ölkələr güclü maliyyə ehtiyatları sayəsində aşağı neft qiymətlərinə qarşı iqtisadiyyatlarında böyük miqyasda struktur dəyişikliklərinə ehtiyac duymayacaqlar.
RUSİYADA PROBLEM SANKSİYALARDIR
Hesabatda Əlcəzair, Anqola, Nigeriya kimi digər neft istehsalçılarının isə aşağı neft qiymətləri səbəbilə valyuta ehtiyatlarında azalma gözlənilərkən, pul vahidlərinin də dəyər itirəcəyi proqnozlaşdırılır. Ancaq aşağı neft qiymətlərindən orta səviyyədə əziyyət çəkəcəyi bildirilən bu ölkələr malik olduqları maliyyə ehtiyatları sayəsində böyük makroiqtisadi dəyişikliklər etmək məcburiyyətində qalmayacaqlar. Rusiyanın maliyyə strukturunun da düşən neft qiymətlərinə dözə biləcəyi qeyd edilən hesabatda, bu ölkənin yaşadığı iqtisadi böhranın daha çox beynəlxalq sanksiyalar və regional gərginliklərdən qaynaqlandığı bildirilib.
AZƏRBAYCAN DAHA ÇOX TƏSİR GÖRƏCƏK ÖLKƏLƏR SIRASINDADIR
Hesabatda orta dərəcədə həssas ölkələr olaraq Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ göstərilib. Neftin qiymənin aşağı düşməsindən daha çox təsirlənməsi gözlənilən ölkələr kimi Əlcəzair, Anqola, Azərbaycan, Bahreyn, Nigeriya, Oman, İran və Qazaxıstan sadalanıb. Riskin yüksək olduğu ölkələr isə İraq, Liviya, Venesuella və Yəməndir.
“Societe Generale”ın hesabatında, neft qiymətlərindəki azalmaya qarşı kövrək olan ölkələrin maliyyə tarazlıqlarını təmin etmək üçün dövlət investisiya xərclərinin azaldılması, lüks istehlak mallarına vergilərinin artırılması və enerji üzrə verilən subsidiyaların azaldılması təklif edilir.
Hesabatda qeyd edilir ki, Azərbaycan büdcənin icra edilməsi baxımından fiskal balanslaşdırılmış neftin qiyməti üzrə orta vəziyyətdədir. Azərbaycan 2015-ci il büdcəsində neftin qiymətini 90 dollar götürüb. Hesabatda bu rəqəm 95 dollar göstərilib.
Hesabatda qeyd olunur ki, neft istehsalçısı olan bir çox ölkənin 2015-ci ildə büdcələrində kəsir olacağı gözlənilir. Bu ölkələrin büdcələrini balanslaşdırmaq üçün ehtiyac duyduqları (fiscal breakeven price) neftin qiyməti səviyyəsi ötən illərlə müqayisədə olduqca yüksək səviyyədədir. Hesabata əsasən, 2014-cü ildə büdcəsində 52 faiz kəsir olan Liviya, 2015-ci ildə büdcə tarazlığını təmin etmək üçün 186 dollarlıq neft qiymətinə ehtiyac duyur. Maliyyə tarazlığını təmin etmək üçün Liviya və Venesuella 160, Yəmən isə 145 dollara ehtiyac duyur.. Büdcəsi 2014-cü ildə 28 faiz profisit verən Küveytin büdcəsini balanslaşdırmaq üçün neftin qiymətinin 54 dollar olması kifayətdir. /”Marja”

fiskal1fiskal2


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam