Bakıda qadın evdə doğuş etdi-FOTO
Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.
Yenixeber.org: Bu barədə TƏBİB məlumat məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanında təcili tibbi yardım heyəti 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesini idarə edib. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.
Təcili tibbi yardım briqadası ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərdikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə edilib.
Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq. 150 qr., boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxşdir.