Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bakıda taksilərlə bağlı YENİ QADAĞA - Hökumət qərar verdi

 

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq ediləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti (NK) yeni qərar qəbul edib.

Belə ki, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 2.1-2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilsin.

2. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə, "Lisenziyalar və icazələr haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla verilsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və bu Qərarın 1-ci hissəsində qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam