Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Neft bazarında çətinliklər hələ davam edir" -Rus Enerji nazirinin neftlə bağlı açıqlamaları

Rusiyanın Enerji naziri Aleksandr Novak OPEC üzvü olmayan ölkələrin istehsal imkanlarını aşağı salmasına baxmayaraq, qlobal neft bazarında çətinliklərin davam etdiyini bildirib.
Yenixeber.org:  Novak “IHS CERAWeek 2017” Enerji Konfransında etdiyi çıxışda, OPEC və Rusiya da daxil olmaqla, xarici ölkələrin istehsal həcmini bu ilin əvvəlindən etibarən gündəlik ortalama 1,2 milyon barel azaltması qərarının qiymətlərə müsbət təsir etdiyini söyləyib.
Bu qərardan sonra neft qiymətlərinin barelə görə 50-60 dollara deyən Novak, “indiki qiymətlər bazarda dalğalanmanı azaltdı, qlobal bazara sabitlik qazandırdı, investisiya da neft sektoruna dönməyə başladı” deyib. Novak aşağı neft qiymətləri səbəbindən neft bazarında təxminən 500 milyard dollarlıq investisiyanın itdiyinə diqqəti çəkib.
OPEC ilə əməkdaşlıq edərək bazarda tarazlığın meydana gəlməsini təmin etməyi məqsəd qoyduqlarını dilə gətirən Novak, “neft bazarı o qədər qlobaldır ki, fərqli ölkələrlə həmrəylik içində olmanız lazımdır, ancaq neft bazarında çətinliklər hələ davam edir, vəziyyəti yaxından təqib etməkdəyik” deyib.
2014-cü ilin iyun ayında 115 dollara olan neft qiymətlərinin 2016-cı ilin yanvarında 30 dollardan aşağı düşməsinə baxmayaraq, Rusiyanın neft istehsalını artırmağa davam etdiyini deyən Novak, ölkəsinin neft istehsal xərclərini barelə görə 10-15 dollara qədər aşağı saldığını bildirib.
Nazir Novak Rus enerji şirkətlərinin maliyyə baxımından güclü vəziyyətdə olduğuna işarə edərək, Rusiyadakı “elastik vergi sistemi” sayəsində enerji firmalarının qlobal bazarda rəqabətə davamlı qaldığını dilə gətirib. Aşağı neft qiymətlərinə baxmayaraq, rus enerji sektoruna xarici investorların gəlməyə davam etdiyini bildirən Novak, Asiya-Sakit okean ölkələri və Hindistandan investor cəlb etdiklərini söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam