Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Neftin qiyməti yavaş-yavaş qalxacaq”

Natiq Əliyev: “Neftin qiyməti yavaş-yavaş qalxacaq”

 

 

"Azərbaycan üçün neft qiyməti mühüm əhəmiyyət kəsb edir”.
 
Xeberinfo.com:  APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda paneldə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
  
N. Əliyev bildirib ki,  hazırda neftin qiyməti 4 dəfə düşüb və bu, neft hasil edən ölkələr üçün yaxşı hal deyil: “Qiymətlərin çox yüksək olması isə istehlakçı ölkələr üçün yaxşı hal sayılmır. Həm istehsalçı, həm də istehlakçı ölkələr üçün neftin məqbul qiymətinin müəyyənləşməsini istəyirik. Neftin qiymətinin aşağı olması vəziyyəti çox davam edə bilməz. Neftin qiymətinin düşməsi neft hasil edən ölkələrin neft ehtiyatları ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir, bu da son nəticədə neft hasilatını azaldır. Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri yavaş-yavaş artacaq. Müvafiq qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun, neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsin”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam