Neft kəşfləri 70 ilin ən aşağı səviyyəsində
Neft axtaran şirkətlər 2015-ci ildə, 1960-cı ildən bu yana kəşf edilən illik orta hesabla neft ehtiyatının yalnız 10-da 1-inə yaxın ehtiyat tapıblar. Bu rəqəmin bu il yəqin ki, daha da azalacağı gözlənilir.
Xeberinfo.com: Bu vəziyyətin neft şirkətlərinin gələcəkdəki tələbi ödəyə bilmək qabiliyyətini azaldacağı gözlənilir və neft qiymətləri buna görə yüksələ bilər.
Son 2 ildə neft qiymətlərininn yarı yarıya düşməsi ilə, neft axtarışı şirkətləri müvafiq büdcələrini azaltdılar. Nəticə: 2015-ci ildə yalnız 2.7 milyard barellik yeni ehtiyat kəşf edilib. “Marja” Wood Mackenzie-nin məlumatlarına istinadən xəbər verir ki, bu rəqəm 1947-ci ildən bu yana ən aşağı səviyyə olub. Bu il isə vəziyyət fərqli deyil. Neft axtarışı ilə məşğul olan şirkətlər ötən ayın sonunadək 736 milyon barrellik neft ehtiyatı tapıblar.
U.S. Energy Information Administration-ın məlumatlarına görə, qlobal neft tələbi hazırkı gündəlik 94.8 milyon barrel səviyyəsindən 2026-cı ildə gündəlik 105.3 milyon barrel səviyyəsinə yüksələcək. ABŞ-da şist nefti hasilatındakı artım aradakı fərqi aradan qaldırır, ancaq qiymətlərin 50 dollardan aşağı düşməsi şist nefti hasilatının önünə keçir.
Rusiya və OPEC-in yüksək neft hasilatına davam etməsilə qlobal neft ehtiyatları şişib. Bu ölkələr bazar paylarını qorumaq naminə qiymətlərdə azalmaya baxmayaraq, dünyanı neftə boğdular. Ancaq, investisiyaların illərlə azalması ilə hasilatın da azalacağı gözlənilir.
Wood Mackenzie-dən Endryu Lathamana görə, qlobal miqyasda neft hasilatına yatırılan investisiyalar 2014-də 100 milyard dollar olduğu halda, 2015-də bu rəqəm 40 milyard dollara geriləyib. Lathama görə, investisiyalar 2018-ci ilə qədər eyni səviyyədə qalacaq.
(marja)