Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Adəm İsmayıl Bakuvi "Vəhdət" partiyasını satın alıb(?)! -Fürsətləri dəyərləndirməyi bacarır...

Adəm İsmayıl Bakuvi: “Azərbaycanın MDB-də rolunu əməkdaşlıq və inteqrasiyanın nümunəsi kimi xarakterizə etmək olar”
T.Kərimlinin vəziyyətinin pisləşdiyini görən A.İsmayılov partiyanın ona verilməsi müqabilində qardaşının borclarını bağlayacağını bildirib.
Yenixeber.org: Bu haqda jurnalist Samir Feyruzov FB səhifəsində yazıb:
Əvvəllər Aydəm İsmayılov kimi tanıdığımız, adı keçmiş MTN olaylarında hallanan və 2025-ci ilin iyun ayında "Vəhdət" partiyasının sədri seçilən Adəm İsmayıl Bakuvi paytaxtın Səbail rayonu Nizami küçəsində yerləşən mülklərini 120 milyon manata satışa çıxarıb.
Bəs, tikinti sektorunun ən qalmaqallı adamı hesab olunan A.İsmayılovun siyasətdə nə işi var? Təbii ki, deputat mandatı əldə etməyə çalışır.
O, heç vaxt "Vəhdət" partiyasının üzvü olmayıb və birbaşa partiyanın rəhbərliyinə gətirilməsi əsaslı şübhələr yaradır. Niyə "Vəhdət" partiyası?
Məlumata görə, "Vəhdət" partiyasının qurucusu, sabiq deputat Tahir Kərimlinin qardaşı iş düzəltmək adı ilə müxtəlif insanlardan 80 min manat pul alıb və geri qaytarmayıb.
Məhz bu səbəbdən T.Kərimlinin vəziyyətinin pisləşdiyini görən A.İsmayılov partiyanın ona verilməsi müqabilində qardaşının borclarını bağlayacağını bildirib. Çıxılmaz durumda qalan T.Kərimli A.İsmayılovun bu təklifi ilə razılaşmalı olub. A.İsmayılov belə fürsətləri dəyərləndirməyi bacarır, təsadüfi deyil ki, uzun illərdir özü və qardaşı tərəfindən saysız-hesabsız qanunsuzluqlar həyata keçirilib, amma yenidən və başqa bir qiyafədə gündəmə daxil olmağa çalışır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam