Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Neftin qiyməti gözlənildiyindən uzun müddət aşağı qala bilər”

kristin-laqard-bvfXeberinfo.com:  Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard, neft qiymətlərinin yəqin ki, gözləniləndən daha uzun bir müddət aşağı qalacağını deyib. Laqard, neft istehsalçısı Ərəb Körfəzi ölkələrinin dövlət xərclərini azaldaraq yeni vergilər yolu ilə büdcə gəlirlərini artırması lazım olduğunu bildirib.

Laqard Abu Dabidə çıxışında, 6 ölkədən ibarət olan Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının eyni əlavə dəyər vergisi nisbətini mənimsəməsi lazım olduğunu söyləyib. Laqard, bu tədbir ilə bərabər, mənfəət vergisi və əmlak vergisinin büdcə gəlirlərini artırmağa yardımçı ola biləcəyini söyləyib.

Laqard, “Neft qiymətləri ən yaxın zamandakı “təpə” nöqtəsindən bu yana 70%-ə yaxın aşağı düşməklə bərabər, təklif və tələb istiqamətli amillər neft qiymətlərinin mövcud aşağı səviyyələrdə uzun müddət qalacağını işarə edir”,- deyib.

Qlobal neft qiymətləri ötən il 44 faiz düşərkən, Səudiyyə Ərəbistanı enerjidəki dövlət dəstəyini kəsmək məcburiyyətində qaldı və dövlət istiqrazı ilə dövlət neft şirkəti olan Saudi Aramco səhmlərini satmağı planlaşdırılır. Birləşmiş Ərəb Əmirlikləri də Səudiyyə Ərəbistanına bənzər şəkildə neftə dövlət dəstəyini kəsib.

(marja)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam