Yenixeber.org: Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Silahlı Qüvvələrin işi üzrə Komitəsi gələn ilin Milli Müdafiə büdcəsində F-35 qırıcılarından 95 ədəd istehsal etmək üçün 9,1 milyard dollarlıq büdcənin təsdiqləndiyini açıqlayıb.
Komitə əlavə olaraq, Lockheed Martin tərəfindən istehsal edilərək Türkiyəyə satılan, lakin təhvil verilməyən altı təyyarənin də uyğunlaşdırılaraq ABŞ-ın Hərbi Hava Qüvvələri tərəfindən istifadəsinə icazə verib.
Bu qərarlar Senatın Silahlı Qüvvələrin işi üzrə Komitəsində ABŞ-ın 2021-ci il üçün Mİlli Müdafiə büdcəsinin müzakirədə olan qanun layihəsinə daxil edilib. Layihənin qüvvəyə minməsi üçün proses davam edir. Döyüş təyyarələri Ankaranın Rusiyadan S-400 hava hucumundan müdafiə sistemi satın almasına görə yaranan anlaşılmazlığa görə Türkiyəyə təhvil verilməyib.
ABŞ və NATO S-400-ün NATO sistemlərinə uyğun olmadığını və göstərdi, buna görə də bu ölkə layihə ortağı olduğu F-35 yeni nəsil döyüş təyyarələrinin istehsalından uzaqlaşdırılıb.
Fransadan yerli aviasiya sənayesinin xilasına 15 milyard avro dəstək
Hava yolu sənayesi koronavirus pandemiyasına görə yaranmış böhrandan təsirlənənlərdən biri olub. Aviaşirkətlər nəqliyyatın hərəkətin kəskin azaldıb və təyyarə almaqdan imtina edib.
Bəs, müxtəlif ölkələrin səlahiyyətliləri sənayenin böhrandan çıxmasına necə kömək edir?
Fransa bu həftə aerokosmik sənayesinin 15 milyard avro dəyərindəki xilas planını ortaya qoydu. Bu planın məqsədi Airbus təyyarəsi istehsalçısına və milli Fransa Air France şirkətinə dəstək olmaqdır.
Plana əvvəllər Air France-dan yeddi milyard avro yardım daxil edilmişdi. Aviaşirkətin donanması koronavirus pandemiyası səbəbindən "yerdən qalxa bilməyib", onun ortağı KLM isə Hollandiya dövlətinin dəstəyini alıb.
Qlobal aviasiya sənayesi hava səyahətlərinin azalması səbəbindən böyük itkilər yaşayır ki, bu da yeni təyyarələrə sifariş sayının azalmasında özünü göstərir. Bu sifarişlərin azalmasının təsirləri xırda detal istehsalçılarına da təsirsiz ötüşməyib.
ABŞ hakimiyyəti Boeing korporasiyalarına kömək edirmi?
Boeing pandemiyadan əvvəl ağır böhran içində idi - 2018 və 2019-cu illərdə son modifikasiya edilmiş 737 MAX tipli iki təyyarənin qəzaya uğramasından sonra bort proqramında səhvlər aşkar edildi.
Hələ nəhayət dayandırılmamış istintaq zamanı bu təyyarələrin bütün dünya donanması zorla uçuşdan çıxarıldı.
2020-ci ilin əvvəllərində Boeing bu təyyarələrin istehsalını dayandırdı, lakin may ayında şirkət yenidən işə başladı. Bu, şirkəti komponentlərlə təmin edən daha kiçik Boeing ortaq şirkətlərinə dəstək üçün zəruri bir tədbir oldu.
Max 737 təyyarələri isə hələ də səmaya qalxa bilməyib.
Koronavirusun yayılması səbəbiylə hava yolu sənayesinə pandemiyaya görə tətbiq edilən məhdudiyyətlər korporasiya üçün yeni zərbə olub. Nəticədə Boeing ABŞ səlahiyyətlilərindən kömək istəyib və dövlətdən milyardlarla kredit alacağını gözləyir.
Məsələn, mart ayında korporasiya səlahiyyətliləri özlərinə nə qədərinin çatacağını göstərmədən bütün təyyarə sənayesi üçün 60 milyard dollar ayırmağa çağırmışdı.
Rusiyada isə aviaşirkətlər maaşları ödəmək və donanmanın saxlanması üçün hökumətdən subsidiya alır. İyunun 3-nə olan məlumata görə, 18 aviaşirkət indiyədək ümumilikdə 9.454 milyard rubl (təxminən 137.221 milyon dollar) məbləğində subsidiya alıb, digər 13 şirkət isə yaxın gələcəkdə 238 milyon (3.4 milyon dollar) ala bilər.
Aviaşirkətlərə subsidiyalar ən çox Rusiya təyyarələrini almaq vədinə əsasən verilir. Dövlət təyyarə sənayesinə dəstək həm bu sahəyə birbaşa investisiya, həm də satınalmaların stimullaşdırılmasıdır.(BBC)