Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

SAXTA PANDEMİYA XƏBƏRLƏRİ: onların ən böyük istehsalçılarından biri siyasətçilər, ictimai xadimlər və məşhurlardır

Filip Hovard

“Project Syndicate”, 04.06.2020

 

Yenixeber.org: Xarici rəqiblərini zəiflətmək üçün koronavirusun hansısa bir hökumət tərəfindən hazırlandığına inanırsınızmı? Yoxsa “vətənpərvərlər”in onu “qlobal hökumət” və “dərin dövlət”ə qarşı inqilab yaratmaq üçün yaratmasına? Təəssüf ki, İnternetdə belə dezinformasiya ilə qarşılaşan çox sayda insan bunu dostları və ailəsi ilə bölüşüb.

Buna baxmayaraq, virusun ram edilməsi yerinə, saxta pandemiya xəbərlərinin kim tərəfindən istehsal edildiyi və tirajlanmasının necə dayandırılması barədə daha çox məlumat əldə edirik.

Öz həyatlarını riskə atan tibb işçiləri, xəstəliyin müalicəsi və peyvənd üzərində çalışan elm adamlarından əlavə, COVID-19-la bağlı başqa bir yöndən də xəbərdar olmalıyıq.

Son bir neçə ildə dünyanın fakt nəzarətçiləri ictimai sferada yayılan yalanları müəyyən etmək və etiketləmək qabiliyyətini inkişaf etdiriblər. İndi onlar diqqətlərini COVID-19 böhranı ilə əlaqədar lazımsız xəbərlərə yönəldiblər, bununla da sosial media platformalarında söz-söhbətləri, yanlış məlumatları və sui-qəsd nəzəriyyələrini aradan qaldırma və rədd etmə fəaliyyətinə kömək ediblər.

Oksford İnternet İnstitutunda COVID-19-la bağlı avtoritar rejimlərin istehsal etdiyi səhv məlumatların geniş miqyaslı, çoxplatformalı selini izləyirik. Çində, İranda, Rusiyada və Türkiyədə dövlət tərəfindən dəstəklənən xəbər agentlikləri əhəmiyyətli qlobal auditoriyaya malikdir və nəzəri olaraq ingilisdilli məzmunlu 1 milyard sosial media hesabına yetişə bilər. Bu hesablardan bəziləri saxta olsa da, məzmun on milyonlarla real istifadəçinin şəbəkələri arasında paylaşılır.

Dezinformasiya vasitələri müstəqil, peşəkar xəbər agentliklərindən fərqli olaraq, daha az kontent istehsal etməyə meyllidir, lakin çıxardıqları materialla on qat təsirli ola bilərlər. Məsuliyyətli istehsalçılardan fərqli olaraq, sağlamlıq xəbərləri və məlumatları əvvəlcədən mövcud olan qorxu və məyusluq üçün siyasiləşdirilir.

Demokratiyaları korrupsioner və səriştəsiz kimi tənqid etmək, avtoritar liderləri tərifləmək, koronavirusun mənşəyi və beynəlxalq səhiyyə agentliklərinin motivləri ilə bağlı sui-qəsd nəzəriyyələrini təbliğ etməklə, qlobal hekayət yaratmağa, ya da heç olmasa, mümkün qədər onları ləkələməyə çalışırlar.

Əlbəttə, eyni dərəcədə yayındırıcı hekayətlər demokratiyalarından da gəlir. ABŞ-da Tramp administrasiyası virusun Çinin Uhan şəhərində meydana gəldiyini bəyan edib. Uhan virusla əlaqəni möhkəmləndirməyin yeganə siyasiləşdirilmiş səbəbi və ya etnik çinli stereotini təbliğ etmə üçün istinad nöqtəsi olub.

Bu, pis xəbərdir. Yaxşı xəbər isə budur ki, indi dezinformasiyanın haradan gəldiyini bilirik. Səhiyyə ilə əlaqəli COVID-19 yalanlarını təhlil edərək, beşdən birinin siyasətçilərə, məşhurlara və görkəmli ictimai xadimlərə aid olduğunu və səhv məlumatların böyük hissəsinin avtoritar hökumətlərin nəzarətində olan media qurumları tərəfindən yayıldığını gördük.

Vətəndaş reaksiyasının aqressiv olduğunu da bilirik. Birləşmiş Krallığın “Brexit” mübahisəsindən və 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra araya gələn qlobal həqiqət yoxlayıcıları səhiyyə məlumatlarını da yoxlamağa başlayıblar. İngiltərədəki könüllülər səhv məlumatları “Infotagion” layihəsi ilə izləsə də, amerikalı həmkarları COVID-19 testləri ilə məlumat bazası hazırlayırlar. Yalanları kataloqlaşdıran bir çox etibarlı fakt yoxlama təşkilatı ilə bu ilin yanvar-mart ayları arasında səhiyyə xəbərləri yoxlamalarında doqquz qat artım olub.

2016-cı ildən fərqli olaraq, sosial media platformaları təpki verir. Fakt yoxlayanların saxta hesab etdikləri sosial media yazılarının əksəriyyəti ya internetdən çıxarılır, ya da onlara xəbərdarlıq etiketi yapışdırılır. Lakin cavab əsas platformalarda fərqli olub. Oksford Universitetindəki “Reuters” İnstitutundan aparılan bir araşdırmada (mən həmmüəllif idim) “Twitter”-dəki yazıların 59%-i yalnış olaraq qiymətləndirilib, “YouTube”-dakı yalan yazıların – 27%-i, “Facebook”-da isə 24%.

Fərdi istifadəçi üçün xəbərlərin gigiyenasına dair uzunmüddətli məsləhət mövcuddur. Məlumatın mənbəyini yoxlamaq və iddialar barədə yaxşıca düşünməyincə xəbəri bəyənməyin və ya paylaşmayın. Dostlarınız və ailənizlə ünsiyyət qurduğunuzda, yalnız həqiqət olduğunu bildiyinizi paylaşın və həssas, sui-qəsdli məzmunlu xəbərlərə şərhlərdən çəkinin.

Məlumat mənbələrinizi də diversifikasiya etməli və siyasi şərhlərə çox yüklənməməlisiniz. Həm də COVID-19 xəbərlərinin daimi istehlakı ilə yaranan çaxnaşmanı nəzərə almalıyıq. Yalnış narahatlıq bizi gizli və spekulyativ izahlar axtarmağa yönləndirə bilər, bu zaman dezinformasiyanı daha çox paylaşacağıq.

Gündə bir dəfə bir neçə etibarlı qurumun yeniləmələrini yoxlamaq daha yaxşıdır. Əgər ictimai səhiyyəyə dair məsləhət axtarırsınızsa, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin və Dünya Səhiyyə Təşkilatının veb saytlarına müraciət edin.

Virusla mübarizə apararkən, həm də əhəmiyyətsiz pandemiya xəbərləri və səhv məlumatlarla mübarizə aparmalıyıq. Siyasiləşdirilmiş səhiyyə mesajlarının yayılması etibarlı dövlət qurumlarına və etibarlı, peşəkar xəbər təşkilatlarına edilən hücumlar kimi xüsusilə təhlükəlidir. İnsanların öz sağlamlığı və ətrafındakıların sağlamlığı üçün ən yaxşı seçimi üçün əlimizdən gələni etməliyik.

Evdə sağlam və karantindəsənsə, müqavimətə qoşulmağı düşün. Əhəmiyyətsiz səhiyyə xəbərlərini paylaşmamaq böyük töhfədir. Yanlış məlumat əyrisini aşağıya doğru əyməyə nə qədər çox kömək edərsinizsə, həm sağlamlığımız, həm də sosial şəbəkələrimiz daha yaxşı olar.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam