SANKSİYA NÖVBƏSİ DAXİLİ İŞLƏR NAZİRİNƏ DƏ ÇATDI – ABŞ-ın qadağaları siyahısında daha kimlər var?
Elizabet Heycdorn
“Əl-Monitor”, 21.05.2020
Yenixeber.org: Birləşmiş Ştatlar insan haqlarının pozulmasında ən çox günahlandırılan 12 İran rəsmisi və qurumuna qarşı yeni sanksiya və viza məhdudiyyətləri tətbiq edib.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli keçən il ölkədə baş verən dinc etirazlara hökumətin basqısı ilə əlaqədar sanksiya siyahısına salınalardan biridir.
Dövlət katibi Mayk Pompeo bununla bağlı bildirib: “Nazir Rəhmani Fəzlinin İran polis qüvvələrinə dinc etirazçılara və şahidlərə ölümcül güc tətbiq etmə icazəsi verən sənədlərə inanmağa əsasımız var. Onun və rejimin məqsədi dinc etirazları ləğv etmək və nəyin bahasına olursa-olsun, dinc toplaşmaq və ifadə azadlığı hüquqlarını boğmaq idi”.
Benzinin qiymətinin qəfil artması ötən ilin noyabr ayında yüzlərlə insanın öldüyü bildirilən hökumət əleyhinə nümayişlərə səbəb olub. Beynəlxalq Amnistiya Təşkilatı İranın təhlükəsizlik qüvvələrinin ən azı 23 uşağın ölümünə səbəb olduğunu sənədləşdirib. Onların əksəriyyəti polis kütlələrə döyüş gülləsi atdıqda vurulub.
Birləşmiş Ştatlar, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir əyalət komandirinə və İranın asayişi mühafizə qüvvələrinin 7 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin rəyinə görə, onlar etirazçılara qarşı basqılarda əsas rol oynayıb, fiziki və psixoloji zorakılıqları təmin ediblər.
İranın kəşfiyyat xidmətinin keçmiş rəhbəri Əli Fəllahian 20 yaşlı ABŞ mübadilə tələbəsi Alisa Flatounun ölümünə səbəb olan, 1995-ci ildə Qəzza zolağında baş verən intihar pattlayışı da daxil olmaqla, bir sıra terror hücumlarında iştirakına görə viza məhdudiyyətlərinə məruz qalıb. 1994-cü ildə Buenos-Ayresdəki bir yəhudi icma mərkəzində 85 nəfərin ölümü ilə nəticələnən partlayışa görə də o, İnterpol xətti ilə axtarışdadır.
Konkret hədəfli, ABŞ-a məxsus hər hansı bir aktivi donduran və hədəflərlə Amerika qurumları arasında hər hansı bir əməliyyatı qanunsuz elan edən sanksiyalar Vaşinqton və Tehran arasında bir sıra hərəkətlərin ən sonuncusudur.
2018-ci ildə Donald Tramp administrasiyasının İranla nüvə razılaşmasından çıxmasından sonra gərginlik artıb və 2020-ci ilin yanvar ayında ABŞ-ın İran komandiri Qasim Süleymaniyə sui-qəsdi ilə gərginlik zirvəyə qalxıb.
Çərşənbə axşamı günü ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki hərbi gəmilərə yad gəmilərdən 100 metr məsafədə qalmaq və ya “qanuni müdafiə tədbirləri” riski barədə xəbərdarlıq edib. Xəbərdarlıq 11 İran gəmisinin beynəlxalq sularda ABŞ hərbi gəmilərinə təhlükəli şəkildə yaxınlaşmasından bir ay sonra edilib.
İraq son aylarda ABŞ-İran hərbi əməliyyatlarının keçirildiyi məkana çevrilib. Mart ayında Tehranın dəstəklədiyi, bir sıra ölümcül raket hücumlarda günahlandırılan “Kətaib Hizbullah” milis təşkilatının silah anbarları Amerika döyüş təyyarələrinin hədəfi olub.
Son sanksiyalar İranın koronavirusla mübarizə apardığı vaxta təsadüf edir. Donald Tramp administrasiyası Tehranın virusla mübarizəyə maneə törətdiyini söylədiyi iqtisadi sanksiyalara qarşı “maksimum təzyiq” kampaniyasını azaltmaq çağırışlarına məhəl qoymayıb.
Bu yaxınlarda ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurası oktyabr ayında sona çatacaq silah embarqosunu yenilənməsinə çağırış ediblər. Administrasiya İrana qarşı sanksiyaları ləğv edilməsinə cəhd etməcəyini bildirib.
Tərcümə: Strateq.az