Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranla bağlı qorxunc hesabat...

İran hakimiyyətinin etirazçılara qarşı təzyiqləri pislənilib.

Yenixeber.org: Beynəlxalq Əfv Təşkilatı İranda insan haqlarının vəziyyəti ilə bağlı yeni hesabatını yayımlayıb.

Hesabatda 2018-ci il İran İslam Respublikası üçün “utancverici il” adlandırılıb.

Hesabatda qeyd edilib ki, 2018-ci ilin əvvəllərində İranın 105 şəhərində yüz minlərlə insan tərəfindən yoxsulluğa, korrupsiyaya və hakimiyyətin təzyiqlərinə qarşı etiraz aksiyaları keçirilib.

İran hakimiyyətinin etirazçılara qarşı təzyiqləri pislənilib.

Qeyd edilib ki, 2018-ci ildə İranda 7 mindən çox insan həbs edilib. Həbs edilənlərin əksəriyyətini tələbələr, jurnalistlər, ətraf mühit fəalları, fəhlələr, hüquq müdafiəçiləri, qadın hüquq müdafiəçiləri, eləcə də milli və dini azlıqlardan olan fəallar təşkil edib.

Həbs edilənlərin 50 nəfəri jurnalistdir. Bildirilib ki, həbs edilən jurnalistlərdən 20 nəfəri ədalətsiz məhkəmələrdə mühakimə olanaraq ağır və uzunmüddətli həbsə məhkum edilib.

Həmin ildə İranın müxtəlif şəhərlərində həbs edilənlərin çoxuna şallaq cəzası verilib. Ən azı 26 dinc etirazçı hökumət qüvvələri tərəfindən öldürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam