Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə müxalifət yeni referenduma hazırlaşır

 

Britaniya müxalifəti yeni referenduma hazırlaşır
Böyük Britaniyanın müxalif Leyboristlər Partiyası bəyan edib ki, parlament ölkənin Avropa İttifaqından (Aİ) çıxmasına dair hökumətin alternativ planını rədd etdikdən sonra, dərhal “Brexit”lə bağlı yeni referendumun keçirilməsini dəstəkləyəcəklər.
 Yenixeber.org: "Reuters” xəbər verir ki, bunu Leyboristlər Partiyasının lideri Ceremi Korbin deyib. 

“Parlamentdəki səsvermədən sonra biz özümüzün etibarlı alternativ planımız və ya ümumi seçkilər əsasında İttifaqla sıx iqtisadi münasibətlərin saxlanılmasına təkid edəcəyik. Biz həmçinin, zərərli Tori (Mühafizəkar Partiyasının başqa adı) “Brexit”inin və ya fəlakətli sazişsiz ayrılmanın qarşısını almaq üçün referendumu dəstəkləyəcəyik” – Korbin bəyan edib. 

Leyboristlər Partiyasının ikinci nüfuzlu üzvü Con MakDonnell isə bildirib ki, baş nazir Tereza Mey “Brexit” sazişini yenidən parlamentə geri qaytaran kimi, onlar ikinci referendumun çağırılması ilə bağlı qanun dəyişikliyi irəli sürəcəklər. 

Qeyd edək ki, 2016-cı ilin iyununda keçirilən refrendumun nəticəsinə uyğun olaraq, “Brexit” prosesi 2019-cu ilin 29 martında rəsmən başa çatmalıdır. Lakin son tarixə 29 gün qalmasına baxmayaraq, Britaniya parlamenti ilə hökumət arasında “Brexit” sazişinə dair yekun razılaşma yoxdur. Britaniya baş naziri Tereza Mey isə bildirib ki, əgər 12 martdakı səsvermədə parlament “Brexit” sazişi ilə bağlı hökumətin təqdim etdiyi şərtləri bir daha təsdiqləməsə, onda ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin başqa vaxta təxirə salınması üçün Brüsselə rəsmi müraciət edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam