Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Koronavirus bəlası: dövlət və vətəndaşların birgə mübarizəsi...

Koronavirus bəlası: dövlət və vətəndaşların birgə mübarizəsi...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu (COVİD-19) pandemiya elan etdikdən sonra dünya ölkələri sağlamlığını qorunması məqsədilə preventiv tədbirlər görməyə başlayıb. Azərbaycan da koronavirus təhlükəsinin ilk günlərindən bu məsələyə ciddi diqqət yetirir və qabaqlayıcı tədbirlər görür.

Yenixeber.org: Təsadüfi deyil ki, ÜST-ün ekspertləri Azərbaycanı hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri elan edib.  

Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. 

Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib. 

ÜST koronavirusu pandemiya elan etdikədən sonra Azərbaycan hökuməti əlavə tədbirlər görməyə başlayıb. 

Bir ay müddətində kütləvi tədbirlər təxirə salınıb, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunub və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb. 

Bu təhlükəli virusa qarşı mübarizədə vətəndaşlar da dövlət orqanlarına dəstək verməlidir. Hər bir vətəndaş anlamalıdır ki, bu milli təhlükəsizlik və həmrəylik məsələsidir. Ona görə də vətəndaşlar məsuliyyətli olmalı və tətbiq olunan qaydalara riayət etməlidir. 

Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Bu məsələdə KİV-lərin və sosial şəbəkələrin fəal kəsiminin üzərinə də məsuliyyət düşür. KİV-lər və sosial şəbəkədə faəl olanlar bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətin informasiya təhlükəsizliyi məsələsidir. Bu baxımdan, KİV-lər və sosail şəbəkə istifadəçiləri bu mövzuda diqqətli olmalı, əhalidə panika yaradacaq fake məlumatların tirajlanmasına maraqlı olmamalı, hətta bunun qarşısını almağa çalışmalıdır. Digər tərəfdən, insanlar arasında maarifləndirmə işləri aparılmasında fəal olmalıdırlar. 

Hər kəs bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndirilə və müvqafiq hüquqi məsuliyyət doğura bilər. 

İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam