Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“BU ÖLKƏLƏRDƏ VƏZİYYƏT KƏSKİN PİSLƏŞƏCƏK” – Rusiyadan gələn pul da kəsilir

 

 Nüfuzlu “Bloomberg” agentliyi pul göndərişlərinə görə, Rusiyadan yüksək asılı olan MDB ölkələrində sosial durumun daha kəskin pisləşəcəyini yazıb.

Yenixeber.org: “Bir tərəfdən pandemiya bu ölkələrin daxili iqtisadiyyatını çökdürür, o biri yandan da Rusiyadakı miqrantların ən çox pul qazandığı sahələrdə - tikintidə, qeyri-ərzaq ticarətində, taksi xidmətində, restoran şəbəkəsində karantin səbəbindən pul qazanmaq imkan itirilib”-deyə agentliyin məlumatda qeyd olunur. 

Rusiyanın pul göndərişlərindən ən çox asılı olan ölkələr Özbəkistan, Tacikstan, Qırğızıstan və Ermənistandır. Ona görə əsas təsir bu 4 ölkədə hiss olunacaq. Azərbaycan bu siyahıda 5-ci yerdədir.

İqtisadçı Rövşən Ağayev bildirir ki, Belorus, Qazaxıstan, Ukrayanın Rusiya remittanslarından asılılığı demək olar ki, yoxdur. Bu 3 ölkəyə gedən bütün pul transfertlərinin həcmi Özbəkistana pul göndərişlərinin üçdə biri qədərdir.

Ekspertin verdiyi məlumata görə, Azərbaycan üçün gələn pul heç də az deyil: Hətta rəsmi rəqəmlərə görə ən azı 1 mlrd. dollardan söhbət gedir. Xüsusən də əyalətlərdə minlərlə aztəminatlı ailənin ayaqda qalmasında bu vəsaitlərin ciddi payı var”.

R. Ağayev vurğulayıb ki, son 3-4 ildə Azərbaycanın ödəmələr balansının cari hissəsində profisitin ən azı 12-15%-i məhz bu pul göndərişləri sayəsində yaranıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam