Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

30 minə yaxın azərbaycanlı Rusiyanı tərk etdi

 

Rusiyanın Federal Miqrasiya Xidməti rublun ucuzlaşmasının və miqrantlara dair yeni qanunların qəbulunun nəticəsi olaraq ötən ilin ikinci yarısında ölkəni 1 milyondan çox miqrantın tərk etdiyini açıqlayıb

"Xeberinfo.com":  Federal Miqrasiya Xidməti xüsusən özbək miqrantların Rusiyanı kütləvi şəkildə tərk etdiyini bildirir. Statistikaya görə ötən ilin ikinci yarısında Rusiyanı 364 min Özbəkistan vətəndaşı tərk edib və geri qayıtmayıb.
Tacikistan vətəndaşları da Rusiyanı kütləvi tərk edir. Məlumata görə göstərilən dövr ərzində 178 min tacik Rusiyadan gedib.
Rusiyanı tərk edən və geri qayıtmayan azərbaycanlı miqrantların sayı isə 28 min nəfərdən çoxdur. Bu, ötən ilin ikinci yarısına olan statistikadır və yanvarın əvvəllərindən bəri Rusiyanı tərk edən miqrantların sayını əks etdirmir. Hansı ki, dekabrın sonları-yanvarın əvvəllərindən başlayaraq miqrantların Rusiyanı tərk etməsi daha kütləvi xarakter alıb.
Rusiyada yanvarın 1-dən qüvvəyə minmiş qaydalara görə miqrantlar bu ölkədə işləmək üçün ödənişli lisenziya almalıdır. Həmçinin Rusiyada işləmək və yaşamaq icazəsi almaq üçün rus dilindən imtahan vermək tələb olunur.
Nəticədə bir çox keçmiş sovet respublikalarından olan miqrantlar üçün Rusiyada qalıb işləmək iqtisadi baxımdan səmərəsiz olub. Çünki əmək miqrantının orta aylıq qazancı iş lisenziyası almağa, mənzil kirayəsini ödəməyə və gündəlik tələbatını ödəməyə güclə bəs edir, yaxud ümumiyyətlə, bəs etmir.
Rublun kəskin ucuzlaşması da əmək miqrantlarının Rusiyada qazandıqları pulların dəyərdən düşməsinə səbəb olub. Nəticədə onlar kütləvi şəkildə öz vətənlərinə geri dönürlər.
Miqrantların Rusiyadan kütləvi çıxması bəzi iri şəhərlərdə küçələrin qardan və zibildən təmizlənməsində əməlli-başlı problem yaradıb. Çünki bu ağır işlə əsasən özbək və tacik miqrantlar məşğul olurdu. Həmçinin miqrantlar tikinti sahələrini kütləvi tərk edir.
Analitiklərin qənaətinə görə, əmək miqrantlarının Rusiyanı kütləvi şəkildə tərk etməsi bəzi keçmiş sovet respublikalarında, xüsusən Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistanda ciddi sosial gərginlik yaradacaq. Çünki yüz minlərlə əmək miqrantının geri qayıtması bir tərəfdən həmin ölkələrə Rusiyadan pul göndərilməsini kəskin azaldıb.
Digər tərəfdən, öz ölkələrinə geri qayıdan miqrantlar üçün iş tapmaq imkanları olduqca məhduddur. Rusiyadakı tacik miqrantların öz yaxınlarına göndərdiyi pullar Tacikistanın ümumi daxili məhsulunun az qala 50 faizini təşkil edir, Ermənistanda isə bu rəqəm 15 faizdir.
Özbəkistan iqtisadiyyatı da Rusiyadan göndərilən pullardan ciddi ölçülərdə asılıdır. Bu sahədə ən az asılılıq Azərbaycandadır və hələlik azərbaycanlı miqrantların geri dönməsinin iqtisadiyyata ciddi təsirləri hiss olunmur.(virtualaz.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam