Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ankara iki od arasında:700 min suriyalı Türkiyəyə doğru irəliləyir, ABŞ da bir yandan PKK ilə qol-boyundur

 

 “İdlibdən qaçan 700 min adam Türkiyə sərhədinə doğru irəliləyir. Bu, beynəlxalq böhrana səbəb ola bilər".

Yenixeber.org: ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri belə deyib.

Brüsseldən telekonferans yolu ilə jurnalistlərin suallarını cavablandıran xüsusi nümayəndə onu da qeyd edib ki, Suriya ordusu və Rusiya döyüş təyyarələri son üç gündə İdlibdə 200 hava əməliyyatı keçirib.

Jurnalistlərin "Moskva İdlibdəki qrupları terror təşkilatı kimi tanıyır. Ankara isə bunu rədd edir və həmin qrupları “müqavimət hərəkatı” adlandırır. Bəs, ABŞ-ın bu qruplara münasibəti necədir” sualını Cefri belə cavablandırıb: “İdlibdə ABŞ və BMT tərəfindən terror təşkilatı olaraq qəbul edilən qruplar var. Əvvəllər bunlara qarşı da əməliyyatlar keçirdik. Məsələn, İŞİD lideri Bağdadini zərərsizləşdirdiyimiz əməliyyat. Nusra kimi, Həyat Tahrir əl-Şam (HTŞ) kimi daha böyük qruplar var. Bunlar əl-Qaidə terror təşkilatlarının uzantısı hesab olunurlar, lakin əsas diqqətlərini Əsəd rejiminə qarşı yönəldiblər. Özlərini terrorçu deyil, “vətənpərvər müxalif döyüşçülər” adlandırırlar. Biz hələ ki bu iddiaları qəbul etməmişik”.

Həmin qrupların xeyli müddətdir beynəlxalq təhdid yaratmadığını vurğulayan Ceyms Cefri Rusiya və Suriya ordusunun bəzi kiçik hücumları bəhanə edərək İdlibə qarşı ağır hərbi əməliyyatlar keçirdiyini bildirib: “Bu insanların ruslara və Suriya rejiminə hücum etdikləri, qarşı tərəfin isə yalnız cavab verdikləri barədə iddiaları yaxından izləyirik. Bu doğru deyil. Nəticəsiz bir neçə kiçik hücum var; pilotsuz uçuş aparatları tərəfindən edilən hücumlar, hansı ki heç kimə zərər vermir. Rusiya və Suriya rejimləri isə bu hücumlardan bəhanə kimi istifadə edir.

 

ABŞ-ın hazırda İdlibə hər hansı hərbi müdaxilə barədə düşünmədiyini, ancaq Suriya dövlət başçısı Bəşər Əsəd ordusunun kimyəvi silahdan istifadə edəcəyi təqdirdə, daha əvvəl iki dəfə olduğu kimi bütün variantların masada olacağını deyən Cefri Türkiyənin səylərini dəstəklədiklərini də gizlətməyib: “NATO üzvü olan Türkiyənin İdlibdəki müşahidə nöqtələrinə zərər gəlməməsi üçün vəziyyəti yaxından təqib edirik”.

Cefri, İŞİD-in hələ də 14 ilə 18 min arasında döyüşçüsü olduğunu və Türkiyə tərəfindən terror təşkilatı kimi tanınan YPG-nin rəhbərlik etdiyi Suriya Demokratik Gücləri ilə birlikdə “xilafət”çilərə qarşı döyüşdüklərini xatırladıb.  

“İŞİD-in Suriya və İraqda 14.000 ilə 18.000 arasında terrorçu saxladığını görürük. Həm İraq hökuməti, həm də Suriyadakı yerli birliklərlə işimizi davam etdiririk. Oktyabr ayında Türkiyənin əməliyyatı səbəbiylə ara vermişdik, amma artıq yerli tərəfdaşımız olan Suriya Demokratik Gücləriylə birlikdə yenidən hərəkətə keçdik."

 Qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğan dünən mətbuat açıqlamasında Rusiyanı İdlib hücumlarını dayandırmağa çağırmış, əks halda rəsmi Ankaranın buna seyrçi qalmayacağını bildirmişdi. Türkiyə prezidentini bu qədər qəzəbləndirən əsas məsələ isə Astana və Soçi razılaşmalarına əsasən, İdlibə nəzarətin Türk ordusuna həvalə edilməsi və döyüşlərin qardaş ölkənin bu bölgədə qurduğu 12 müşahidə postunun ətrafında getməsidir. Ceyms Cefrinin sözlərindən də anlaşıldığı kimi, ABŞ təhlükəli zonada faktiki mühasirə vəziyyətinə düşən Türk əsgərlərinə bir hədər toxunulmamasını Suriya qarşısında şərt qoşur. Halbuki, hava hücumlarını həyata keçirən Suriya yox, Rusiyadır. Üstəlik, bu şərt dar macalda qalan müxalif gücləri həmin postlara qarşı təxribat etməyə həvəsləndirə bilər. Təxribatın kim tərəfindən törədildiyini araşdırmaq isə məşhur lətifədəki “əvvəl başını kəsib sonra qulağını sayır” zərb-məsəlinə bənzəyər.

ABŞ diplomatının yenidən Suriya Demokratik Gücləri ilə İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasını iddia etməsi Türkiyənin bir tərəfdən də Vaşinqton tərəfindən sıxışdırıldığını göstərir. Görünən budur ki, Türkiyə Rusiya tərəfdən Suriya rejimi ilə əməkdaşlığa, ABŞ tərəfindən isə PKK-nı tanımağa məcbur edilir. İki daş arasında qalan rəsmi Ankaranın bu seçənəklərdən hər hansı birinə yönəlmək şansı yox kimidir. İntəhası, zaman da onu gözləmir. Rusiya və Suriya ordusu tərəfindən qovalanan “müxaliflər” Türkiyə sərhədlərinə qədər sıxışdırılıb. Bir az daha gecikmək həmin radikal qüvvələrin süpürülərək Türkiyə sərhədləri içərisinə atılması ilə nəticələnə bilər.

Ankarının əsla arzulamadığı bu vəziyyət isə təkcə, sayları 5 milyona yaxınlaşan qaçqın problemiylə uğraşmaq mənasına gəlmir. Həm də Ankaradan umduğu dəstəyi ala bilməyən terrorizmə meylli qüvvələrin hər an təxribat törədə bilməsi ehtimalını artırır.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam