Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-ın Türkiyədəki keçmiş səfirindən şok açıqlamlar

 

Səfir Rikardione deyib ki, Ankara ilə Vaşinqton arasında “ən-Nusra” mövzusunda fikri ayrılığı olub

Vaşinqton Ankaraya Suriya müxaliflərinə sərhədləri qapatmağı tövsiyə edib

  "Xeberinfo.com": ABŞ-ın Türkiyədəki keçmiş səfiri, bu yaxınlarda fəaliyyət müddəti başa çatmış Frensis Rikardione Suriya məsələsi ilə bağlı maraqlı açıqlama verib. Hazırda “Atlantic Council” Beyin Mərkəzində çalışan Rikardione Suriya mövzusunda ABŞ və Türkiyə hökuməti arasında fikir ayrılığının olduğunu bildirib.

Keçmiş səfir deyib ki, onun çalışdığı müddətdə Vaşinqton Ankaraya Suriyadakı müxalif “ən-Nusra” və “Əhrar əş-Şam” kimi qruplaşmalara dəstək verməməyi tövsiyə etsə də, Ankara buna əməl etməyib. Keçmiş səfirin bildirdiyinə görə Ankara bu qruplaşmaların üzvlərinin Türkiyə sərhədindən keçidinə göz yumub. Keçmiş səfir “türklərlə fərqli fikrilərdə olmağı qəbul etdik. Türkiyə “ən-Nusra” kimi qruplaşmalarla əməkdaşlıq etdi. Ancaq biz bu qrupları tanımadıq və əməkdaşlıq etmədik”, – deyə bildirib.

ABŞ səfiri bildirib ki, Suiryadakı müxalif qrupları rənglərinə görə ayırıblar. Belə ki müxaliflər 3 qrupa ayrılıblar. Qırmızı rənglə işarələnənlər “açıq düşmənlər”, sarı rənglə işarələnənlər “ortadakılar”, yaşıl rənglə işarələnənlər isə “etibarlı dostlar” olub. Rikardione deyib ki, Türkiyə hökuməti “ortada” olanları da ələ alıb “etibarlı dostlara” çevirə biləcəklərini deyiblər: “Biz isə onlara “təbii ki, ola bilər. Ancaq sizin ələ ala biləcəyinizi düşündüyünüz bir çox qrupları biz limitdən kənarda görürük. Onlarla iş görməmiz mümkün deyil. Sizin onlarla iş görməməyiniz yaxşıdır. Bu qrupların sərhədlərinizdən keçməsinə icazə verməmək lazım olduğunu düşünürük” – deyə ABŞ-ın keçmiş səfiri bildirib.

Qeyd edək ki, “əl-Qaidə” terror təşkilatının Suirya qolu hesab olunan “ən-Nusra” hərəkatı Suiryada əsas müxalif silahlı qruplaşmalardan biri hesab olunur. ABŞ hökuməti “ən-Nusra”nı 2012-ci ildə terror təşkilatları siyahısına salıb. Ancaq Türkiyə hökumətinin bu qruplaşma ilə əməkdaşlıq etdiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam