Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Professor Anar İsgəndərlidən açıqlama-“Mənə rəqib ola bilməz”

 

“Mənə rəqib ola bilməz” - YAP-ın professor namizədindən AÇIQLAMA

“Yeni Azərbaycan Partiyası hakimiyyət partiyasıdır. Mən uzun illərdir ki, bu partiyanın üzvüyəm. Partiya məsləhət bilibsə, mənim də borcum partiyanın qərarını yerinə yetirməkdir”.

“Bir ziyalı kimi özümü buna hazır bilirəm. Bu günə qədər də bütün həyatım, fəaliyyətim Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət olub. Belə başa düşürəm ki, bundan sonra da bütün gücümlə mən öz xalqıma, öz dövlətimə qulluq etməyə borcluyam. Bu borcu yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm.

Mənə rəqib ola bilməz. Mən Azərbaycanın ziyalısıyam. Hamının haqqıdır ki, sənəd versin. Mən həm də müəlliməm. Müəllim öz tələbələrinə, müəllim yoldaşlarına, öz xalqına qarşı münasibətdə necə olur? Bu düşüncə ilə iştirak edən kimlər varsa, onlara da uğurlar arzu edirəm. Xarakterim də budur ki, dairədən iştirak edənlərin heç birini rəqib bilməyəcəyəm”.

Anar İsgəndərli Masallıdan olduğunu xatırladıb:

“Mən o torpağın oğluyam, orada böyümüşəm. Amma bir Azərbaycan tarixçisi olaraq, Azərbaycanın hər yeri mənə doğmadır. Ən əsas isə seçici kimə səs verəcəksə, o yer də onundur. Bizim isə borcumuz odur ki, əlimizdən nə gəlirsə, xalqımız, dövlətimiz, vətənimiz üçün edək. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı mümkün nə varsa, onu etməliyik. Millətimizin istəkli bayrağı hər yerdə dalğalansın”.

Qeyd edək ki, Anar İsgəndərli Masallı rayonunun böyük Kolatan kəndində anadan olub. 1984-cü ildən Bakı Dövlət Universitetinin «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. 1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam