Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

YAP-çı deputatın yerinə namizəd kimdir?

 

“41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədliyindən öz istəyi ilə imtina edən Leyla Abdullayevanın yerinə yeni namizədin irəli sürülməsi məsələsi müzakirə edilməyib”.

 

"Xeberinfo.com":   Məlumata görə, bu fikirləri azvision.az-a YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. 

O bildirib ki, bu hələlik partiyanın gündəmində deyil: “Əgər bu məsələ müzakirə olunsa və müvafiq qərar verilsə, ictimaiyyət məlumatlandırılacaq”. 

Qeyd edək ki, bu gün 1 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti başa çatır. Bu isə o deməkdir ki, hakim partiya 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd irəli sürməyəcək. 

Diqqətə çatdıraq ki, hazırda seçki dairəsində Ümid Partiyasından Həcər Abbaslı, bitərəf Etibar Məmmədov, YAP-ın üzvü, ancaq öz təşəbbüsü ilə namizədliyi irəli sürən Mirzəcan Xəlilov və ASDP-dən İslam Yusifzadənin namizədliyi qeydə alınıb.

YAP-ın seçki siyahısında yer almayan Mirzəcan Xəlilovun namizədliyinin hakim partiya tərəfindən dəstəklənəcəyi indiki durumda real görünmür. Partiya funksioneri Siyavuş Novruzov mətbuata açıqlamasında YAP-ın icazəsi oladan namizədliyini irəli sürən şəxslərin cəzalandırılacağını bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam