Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

YAP-ın SİYAHISI HAZIRDIR - Bitərəflərə və müxalifətə "güzəştə gedilən" dairələr məlum oldu

 

Bələdiyyə seçkilərindən dərhal sonra Yeni Azərbaycan Partiyası (YAP) namizədlərini elan edəcək. 

Yenixeber.org: Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, artıq hakim partiyanın siyahısı hazırdır. Uzun və gərgin müzakirələrdən sonra keçmiş deputatlardan, yeni simalardan ibarət adlar rəhbərliyə təqdim olunub.

Mənbə bildirib ki, YAP-ı parlamentdə təmsil edən yaşlı nəslin əksər nümayəndələri Naxçıvandan seçilən deputatlar istisna olmaqla siyahıya salınmayıb. Bu barədə onların özləri ilə də müvafiq söhbətlər aparılıb. Həmçinin, bir neçə "özünü doğrultmayan" deputatlar da iddiaçılar siyahısından kənarda qalıb. Hakim partiyanın üstünlük verdiyi yeni simaların bir qismi aşağı strukturlarda təmsil olunan gənclərdir.

Onları seçmək də o qədər asan olmayıb. Rəhbərlikdən verilən tapşırığa uyğun olaraq, namizədlərin bilik, bacarıq, ictimai nüfuz kimi vacib keyfiyyətləri ilə yanaşı, onların qohumluq əlaqələri, valideyinlərinin fəaliyyət dairəsi də ciddi araşdırılıb.

Məlumatarda qeyd olunur ki, hakim partiya təxminən 40-45 arası dairədə prinsipial namizəd irəli sürməyəcək. Bu yerlər hakimiyyətin də parlamentə düşməsində maraqlı olduğu bitərəflər, habelə konstruktiv müxalifət nümayəndələri üçün saxlanılıb.

Dünən QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev əvvəl seçildiyi 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən, Adil Əliyev də bir neçə dəfə ard-arda təmsil etdiyi 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən, AVP sədri Fəzali Ağamalı 60 Saylı Salyan-Neftçala Seçki Dairəsindən, keçmiş maliyyə naziri Fikrət Yusifov 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizədliklərini irəli sürüblər.

Qısa müddətdə sözügedən 40-45 Seçki Dairəsində də hakimiyyətin seçilməsində maraqlı olduğu namizədələrin adları məlum olacaq.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam