Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Konqres Trampı, Tramp da Türkiyəni?

 

Bəli, ilk baxışda məhz belə təəssürat yaranır və mübaliğəsiz-filansız demək olar ki, hər iki halda baş “qəhrəman”ın məhz Nümayəndələr Palatası olduğu iki olay bu son günlərdə insanların diqqət mərkəzində dayanan ən əsas siyasi problemlərdən olub.

Amma məsələnin məğzinə gəldikdə, demək lazımdır ki, burada Tramplıq bir iş yoxdur, ABŞ siyasət maşınının və müxalifətin pressinqi altında olan Tramp artıq rabitəsiz, sistemsiz statuslar yazır, ən əsası isə odur ki, Trampın impiçmentinə start verilməsi haqqındakı qərar, qondarma “erməni genosidi” ilə bağlı qəbul edilmiş son qətnamə – bir daha deyirik ki, bunlar eyni mərkəzdən başlanğıc götürürlər.

Bəlli olduğu kimi, Nümayəndələr Palatasında çoxluq demokratların tərəfindədir, Senatda isə respublikaçıların, odur ki, bəri başdan deyək, hər iki qərar, Türkiyə ilə bağlı qəbul edilmiş qətnamə, eləcə də D.Trampın özünə ünvanlanmış impiçment təşəbbüsü Nümayəndələr Palatasında ilişib qalacaq və öz inkişafını tapmayacaq.

Bunların ideya müəllifinə gəldikdə isə, məlum olduğu kimi, Nümayəndələr Palatasının spikeri N.Pelosi erməni lobbisinin ən nüfuzlu üzvlərindən biridir və ona bu işlərdə yardımçı olan isə kəşfiyyat komitəsinə rəhbərlik edən A. Şiffdir ki, o da heç Pelosidən geri qalmır və erməni lobbisinin daha bir nüfuzlu simasi sayılır. Onların əsas məqsədi, əlbəttə ki, Trampın ikinci dəfə seçilməsinin qarşısını almaqdır və bir az əvvəldə qeyd etdiyimiz Senat amilini xatırlasaq, qəbul etmək lazım gələr ki, Pelosi və Şiff lap bütün erməni lobbisini səfərbər etsələr belə, yenə də məsələnin Nümayəndələr Palatasından çıxışına nail ola bilməyəcəklər.

Elə Türkiyəyə qarşı qəbul edilmiş qətnamə də Pelosinin xidmətidir. Burada da Senat amili və prezidentin yekun sözü məsələsi var. Ona görə də hesab etmirik ki, Pelosiyə bu məsələdə də çox irəli getmək müyəssər olacaq, yox, ermənipərəst xanımı çox böyük məyusluq gözləyir; prezident D.Trampın təzyiq altında Türkiyəyə qarşı nə qədər demarş edəcəyi məlum deyil və bu adamın ən son bəyanatlarından duyulan bu idi ki, Vaşinqton Ankaranı anlamağa çalışır, sadəcə, imkan verilmir...
Əlbəttə, uzaq perspektiv üçün götürəndə məsələ yetərincə narahatedicidir, çünki erməni lobbisi addımbaaddım öz məqsədlərinə doğru gedir və biz deyə bilmərik ki, D.Trampı başqa birisi əvəz etsə və ya Konqressə seçkilər keçirilsə vəziyyət necə olacaq?

Bir daha deyirik ki, Tramp ermənipərəst prezident deyil. Erməni lobbisinin ona qarşı təzyiqi həm də bununla bağlıdır. Amma Trampın başqa bir zəif cəhəti var: o, yetərincə müdrik deyil.

Məsələn, bu adamın öz ölkəsinin mediasına, xüsusən də əsas, aparıcı qəzetlərə qarşı tutduğu mövqe, açdığı savaş tamam-kamal gülüncdür, insanlar bunu qəti anlamırlar, hətta ABŞ-dan kənarda belə Tramp heç də yaxşı rənglərdə-boyalarda görünmür, çünki ABŞ-da söz azadlığı ən fundamental dəyərlərdən biri sayılır. Burada yüz illərlə insanlar söz azadlığına hörmət mühitində böyüyüblər...

Qərəz, olduqca, çox gərgin proseslər gedir. Bu qovğada ən çox udan hələ ki Rusiya və onun prezidentidir. Bunların yüz illərlə arzusu Yaxın Şərqə və İran körfəzinə çıxmaq olub. İndi bu sevda artıq reallaşmış kimi görünür və amma bir azacıq təlaşları da var, çünki Əfqanıstan hələ də yadlarından çıxmayıb və odur ki, bəzi təhlilçilər hələ də bir sual verir: Suriya Rusiya üçün ikinci Əfqanıstan olmayacaq ki?..

Putin bunları bilir, ona görə də daha çox başqasının əlilə iş görməyə, necə deyərlər, ilanı Seyidəhməd əlilə tutmağa çalışır, çünki anlayır ki, əgər onu silahlanma yarışına çəksələr, Rusiya həqiqətən də SSRİ-nin aqibətini təkrarlaya bilər...

O ki qaldı Türkiyəyə, Ankara da qətiyyən uduzmuş vəziyyətdə deyil. Düzdür, çox böyük müqavimətlə qarşılaşdı, məsələn, biz hələ görməmişdik ki, bir ölkəyə eyni vaxtda ABŞ-ın vitse-prezidenti, dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə köməkçisi səfər etsin! Di gəl, Türkiyənin nümunəsində bunu da gördük.

Əsas odur ki, Ankara öz sərhədi byunca təhlükəsizlik zolağı yarada bilib. Nümayəndələr Palatasının qəbul etdiyi qətnaməyə gəlincə, dediyimiz kimi, proses bu dəfə də inkişafını tapmayacaq, əlbəttə ki, prezident D.Tramp və onun respublikaçıları ağıllarını tamam itirməsələr.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam