Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Trampın İMPİÇMENTİ, ilk HOMOSEKSUAL və... –Konqresə SEÇKİLƏRİN NƏTİCƏLƏRİ

 

Trampın İMPİÇMENTİ, ilk HOMOSEKSUAL və... – Konqresə SEÇKİLƏRİN NƏTİCƏLƏRİ

ABŞ-da noyabrın 6-da keçirilmiş aralıq seçkilərində ilkin nəticələrə görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında əksəriyyəti respublikaçılardan aldı. Amma respublikaçılar Senatda üstünlüyü saxlamağı bacardılar. Aralıq seçkilərində adətən ənənəvi müxalifət qalib gəlir, çünki, seçicilər qəsdən və bilməyərəkdən hakim partiyanın təsirini tarazlaşdırmağa çalışırlar. Konqresin hər iki palatası və Ağ Evdə respublikaçıların üstünlüyü var idi və bu, siyasi tarazlığı avtomatik pozurdu.

Yenixeber.org: “RİA-Novosti” agentliyi xəbər verir ki, sorğulara əsasən, immiqrasiya, səhiyyə və iqtisadiyyat Amerika seçiciləri üçün seçkilərdə prioritet mövzu oldu.

İlkin proqnozlar

İlkin proqnozlara görə, respublikaçılar Senatda minimum 53 yer qazanıb. Onlar daha əvvəl 51 kresloya sahib idilər. Nümayəndələr Palatasında isə əksinə, demokratlar qələbəni bayram edirlər. Proqnozlara əsasən, onlar üstünlüyü rahat təmin edərək nəzarəti qaytardılar. CNN telekanalı hesab edir ki, demokratlar 238, respublikaçılar 197 səs alacaqlar. NBC telekanalı hesab edir ki, demokratlar 229, onların opponentləri 206 yer qazanacaqlar.

Nümayəndələr Palatası üzərində nəzarət üçün ən azı 218 səs (Nümayəndələr Palatasında 435 yer var –red.) lazımdır. Bu müvəffəqiyyət 2008-ci ildən sonda demokratlar üçün bir ilk olacaq. Onlar həmin vaxt 257 yer qazanmışdılar.

Polyarlaşma güclənəcək

Vaşinqtondakı Amerika Universitetinin professoru, dövlət idarəçiliyi məsələləri üzrə mütəxəssisi Devid Lablin “RİA-Novosti” agentliyinə aralıq seçkilərinjin nəticələrini şərh edib. Lablinin fikrincə, demokratların Nümayəndələr Palatasında üstünlüyü siyasi prinsip üzrə Amerika cəmiyyətində polyarlaşmanı yalnız gücləndirəcək.

“Mən düşünürəm ki, parçalanma çox yüksək səviyyədə qalacaq, ehtimal ki, daha çox olacaq. Bu demokratların mövzunu necə “oynayacağından” asılıdır”, - o deyib.

Ekspert hesab edir ki, indi demokratlar daha siyasi qərarlar üzərində nəzarətlə məşğul olacaqlar. Bu halda, onlar mütləq siyasətin həyata keçirilməsinə təsir etmək imkanına malik olmayacaqlar, çünki prezident yalnız Silahlı Qüvvələr deyil, həm də inzibati aparatın, o cümlədən Dövlət Departamentinə nəzarət edir.

Bundan başqa, onun sözlərinə görə, demokratlar həmçinin cəmiyyətdə məşhur, amma Senatdan və Trampın imzasından keçmə şanslarına malik olmayan qanunları qəbul etməyə çalışa bilərlər. Müvəffəqiyyətsizliyə uğrasa da, bu təşəbbüslər demokratların reytinqini yüksəldə bilər.

“Ən”lər və “birincilər”

ABŞ Konqresinin yeni tərkibində iki müsəlman qadın olacaq. Onlar Minnesota və Detroyt ştatlarından ilk dəfə ABŞ Konqresinə seçilib. Onlar 42 yaşlı İlxen Ömər, digəri isə 37 yaşlı Rəşid Talibdir.

İlxen Ömər Minnesota ştatından Somali mənşəli siyasətçisidir. Daha əvvəl ştatın dairələrindən birində praymerizdə qalib gəlib. O, öz ailəsi ilə qanlı vətəndaş müharibəsinin başlanmasından sonra Somalidən qaçıb.

Demokrat Rəşid Talibin Detroyt ştatında rəqibi yox idi. Onun valideynləri Fələstindən miqrantlardır. Talib səs vermək hüququna malik olan azsaylı müsəlman əhalisi ilə praymerizdə qalib gəldi.

Seçkilərdə maraqlı faktlardan biri də o oldu ki, autsayderlər böyük müvəffəqiyyət qazanaraq Konqresə seçildilər. Nümunə olaraq 29 yaşlı demokrat Aleksandr Okazio-Kortesi göstərmək olar. O, Nyu-York ştatının dairələrindən birindən seçilib və ABŞ Konqresinə seçilmiş ən gənc qadın olacaq.

Bundan başqa, Demokratlar Partiyasının nümayəndəsi Cared Polis qubernator seçilib. O, öz homoseksuallığı haqqında açıq danışan ABŞ-ın birinci qubernatoru olacaq. Polis Amerika seçkilərində LQBT (Lezbiyan, Gey, Biseksual və Transgender) cəmiyyətini təmsil edən tək namizəd deyildi. Kristina Xolkvist Vermont ştatın qubernatoru vəzifəsinə iddia edən birinci qadın transgender idi. O, ştatın hazırkı qubernatoru Fil Skotta uduzur.

Trampın impiçmenti?

Devid Lablinin sözlərinə görə, demokratlar Konqresinin iki palatasından biri üzərində nəzarəti ələ alaraq prezident Donald Trampa təzyiqi gücləndirəcəklər.

“Demokratlar Nümayəndələr Palatasında nəzarəti ələ alaraq Donald Tramp administrasiyasının qanunverici təşəbbüslərinin çox hissəsini bloklaya və Ağ Evə Konqresin müvafiq komitələrinin müşahidə funksiyaları vasitəsilə təzyiq göstərə biləcəklər”, - o deyib.

“RİA-Novosti”yə danışan Amerika ekspertləri qeyd edibər ki, Tramp üçün ən pis ssenarilərdən biri impiçment prosedurunun işə salınması olur. Lakin Senatda respublikaçıların üstünlüyünü nəzərə alaraq, bunu reallaşdırmağın praktik olaraq mümkün olmayacağı bildirilir.

ABŞ tarixində impiçmentin proseduru üç prezidentlə bağlı işə salınıb: 150 il əvvəl – 1868-ci ioildə Endrü Consona, 1974-cü ildə Riçard Nikson və 1998-ci ildə Bill Klinton. Conson və Klinton Senatda bəraət qazandığı halda, Niksonla bağlı səsvermə olmayıb, çünki, özü istefa verib.(publika)

Ömər Dağlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam