Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

ABŞ-da seçkilərin İLKİN NƏTİCƏLƏRİ bəlli oldu -Trampın gələcəyi TƏHLÜKƏDƏDİR

 

ABŞ-da seçkilərin İLKİN NƏTİCƏLƏRİ bəlli oldu - Trampın gələcəyi TƏHLÜKƏDƏDİR

ABŞ Konqresini yenidən qaydaya salmaq üçün təşkil edilən aralıq seçkilərin ilkin nəticələri bəlli olub.

 Yenixeber.org: Seçkilərdə Demokratlar Partiyası Respublikaçılar Partiyasının əlindəki əhəmiyyətli yerlərdə ard-arda zəfər çalıb.

Prezident Donald Trampın sevimli kanalı olan “Foks Nyuz” demokratların Nümayəndələr Palatasında üstünlüyünü əldə etdiyini elan verib.

Respublikaçılar isə Senatda zəfər çalmağa addım-addım yaxınlaşıblar. Demokratların əlindəki İndiana bölgəsi respublikaçılara keçib, Texasdakı kritik yarışı da Trampın partiyası qazanıb.

Amerikalı seçicilər Senatdakı 35, Nümayəndələr Palatasındakı 435 mandat üçün səsverməyə gedib. Medianın topladığı rəsmi olmayan ilkin nəticələrə görə, demokratların Nümayəndələr Palatasındakı 31 mandatına qarşı respublikaçılar bu vaxta qədər 36 mandat əldə edib. Palatadakı ilk mandat dəyişikliyi Florida və Vircinia ştatlarında baş tutub.

Miçiqan ştatından seçkilərə qatılan fələstin əsilli Rəşidə Tlaib yarışı qazanaraq Nümayəndələr Palatasına girən müsəlman qadın olub.

ABŞ mediası Senatda respublikaçıların, Nümayəndələr Palatasında isə demokratların üstünlük əldə etdiyini elan edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam