ABŞ-da NƏLƏR OLUR? –Tramp haqda hər an impiçment qərarı verilə bilər - TƏHLİL
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 10 dekabr 2018-ci il
Ötən həftə ABŞ-da üstünü qarışıq qanunvericilik proseslərinin örtdüyü önəmli siyasi hadisələr baş verib. Başladılan bu proseslər 2019-cu ilə öz damğasını vuracaq.
Yenixeber.org: Bu səbəblə dünyada nələrin baş verdiyilə maraqlanan, Türkiyə-ABŞ əlaqələrinə önəm verən hər bir kəsin baş verən hadisələri izləməsi və anlaması lazımdır.
Bu gün ABŞ-da baş verənləri bir-bir anlatmağa çalışacam.
Bəri başdan “impeachment”, yəni prezidentin vəzifədən kənarlaşdırılması prosesinin başlamadığını bilməmiz lazımdır.
Sadəcə xüsusi prokuror Müllerin bəzi cinayət işləri açma niyyəti var və buna səlahiyyəti çatır. Prezidentlər vəzifədəykən onların haqqında cinayət işi açıla bilməz, “impeachment” isə siyasi bir qərardır və o proses aşağıdakı kimi işləyir:
– əgər Prezident haqqında vətənə xəyanət, rüşvət alma və ya bəzi cinayətlərə (yeri gəlmişkən, burada “bəzi cinayətlər” anlayışı yayğın və problemlidir) qarışma barədə dəlillərlə əsaslandırılmış bir iddia varsa, Konqresin Nümayəndələr Palatasının Hüquq komitəsi Prezidentin vəzifədən kənarlaşdırılması haqqında tövsiyə qərarı alır;
– komitədən bu tövsiyə qərarı çıxarsa, məsələ Konqresin Nümayəndələr Palatasında səsə qoyulur və qərar qəbulu üçün sadə səs çoxluğu tələb olunur;
– aşağı palatada qərar qəbul olunarsa, Senata göndərilir, burda qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb edilir və qərar qəbul olunduğu halda Prezidentin vəzifədən kənarlaşdırılması üçün təhqiqat işi açıla bilər;
– təhqiqat işi açılarsa, Prezident Senatda mühakimə olunur və prosesə Konstitusiya Məhkəməsinin sədri rəhbərlik edir.
Göründüyü kimi, hələlik bunlar ortada olmadığına görə, bu baş verənlərin hazırda Trampın vəzifəsilə birbaşa əlaqəsi yoxdur.
Xüsusi prokuror öncə Prezidenti, ətrafındakılara cinayət işləri açmaqla, mühasirəyə almağa başladı. Prezidentin Milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flin, sabiq vəkili Maykl Kohen və seçki kampaniyasının rəhbəri Pol Manafort haqqında cinayət işləri açıldı. Onlara Tramp əleyhinə ifadə verəcəkləri halda, cəzalarının endiriləcəyi söyləndi.
Görünür, bu şərtə yalnız Maykl Flin tam əməl edib və prokurora eşitmək istədiklərini tam olaraq təkcə o anladıb. Digərləri isə bildiklərini tam olaraq danışmayıblar. Çünki prokuror Flinə cəza tələb etməyib, onlara isə cəza verilməsini istəyib.
Prokurorun qərarına əsasən, Trampın əleyhinə söylənənlər hazırda gizli saxlanılır. Məsələləri yalnız xüsusi prokurorluq və işə baxan hakim bilir. Məsələlər ortaya çıxarkən, əgər Prezidentin vəzifədən kənarlaşdırılması şərtlərinə uyğun gələn məsələlər olarsa, əksəriyyətin Demokrat Partiyasının təmsilçilərinə keçdiyi Nümayəndələr Palatasında gələn il “impeachment” haqqında qərar çıxa bilər. Lakin əksəriyyətin Respublikaçılar Partiyasında olduğu Senatda bu qərarın təsdiq olunması hazırda mümkün görünmür.Tərcümə Strateq.az-ındır