“Ərdoğan ABŞ-a meydan oxumağı bacarır“ -“Le Figaro”
Fransanın “Le Figaro” qəzeti Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ətrafında yaranan beynəlxalq situasiya ilə bağlı analitik yazı dərc edib.
Yenixeber.org: Müəllif Anna Andlauer tərəfidən qələmə alınan yazıda Rusiyanın 12 iyulda, yəni dövlət çevrilişinə edilən cəhdin 3-cü ildönümü ərəfəsində raket tədarükünə başlamasının təsadüf olmadığı bildirilib.
“Türkiyənin 1950-lərdən bəri üzv olduğu və dayağına çevrildiyi NATO-nun bundan alacağı dərslər var. İlk öncə Türkiyə liderinin blef etmədiyi ortaya çıxdı.
Vaşinqtonda və NATO-nun məznil qərargahında uzun müddət düşünülürdü ki, o, təzyiqlər və sanksiya təhdidləri qarşısında geri çəkiləcək. Lakin NATO sistemləri ilə tamamilə uyğun olmayan Ruisya hərbi arsenalını almaqla üzərinə məsuliyyət götürən Rəcəb Tayyip Ərdoğan “Sərbəst atıcı” imicini daha möhkəmləndirmiş oldu. O, türklərin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, onu bu məsələdə dəstəklədiyini sübut etməklə bərabər alyansın qaydalarını və məntiqini dəyişdirmək qabliyyətində olduğunu nümayiş etdirdi”,-deyə müəllif yazır.
A.Andlauerin fikrincə, 2016-cı ilin iyulun 15-də baş verən hərbi çevriliş zamanı hava qüvvələrinin dövlət orqanlarının yerləşdiyi yerləri bombalaması, quru qoşunlarının isə böyük bölümün ona sadiq qalması Ərdoğana hava hücumundan müdafiə sisteminə malik olmaq zərurəti barədə düşüncəsini verib. Qərb liderlərinin çevriliş zamanı tərəddüd keçridiyi bir məqamda Vladimir Putin hamıdan tez telefona sarılaraq ona dəstəyini ifadə edib. Tayyip Ərdoğan isə bunu heç vaxt unutmur,-deyə yazıda göstrilib.
Məqalədə Türkiyədə Gülən hərəkatının arxasında ABŞ-ın dayandığı fikrinin sabit və hakim olduğu ifadə edilir. Bundan başqa, rəsmi Vaşinqtonun onu verməkdən imtina etməsi, üstəlik, ABŞ Konqresinin son bir neçə il ərzində türkiyəyə "Patriot" raketlərinin satışını əngəlləməsi bütün bu fikirlərə rəvac verib.
Müəllifin fikrini aldğı, Türkiyənin Avropa Birliyindəki keçmiş səfiri Ulus Özülkər yaranan situasiyaya görə ABŞ-ı ittiham edib. “Mən müdafiə olunduğum vaxtda qapınızı döyürəm, lakin siz onu açmırsınız. Lakin mən təhlükəsizliyimi başqa bir nöqtədə aramaq istəsəm o zaman cəzalanmalı olan ögey oğula dönürəm,-deyə türkiyəli səfir qəzəblə bildirir.
Politoloq Sinan Ülgen isə Ankaranın balanslaşdırma siyasətinin Qərblə münasibətlərə ziyan vuracağı anlamına gəlmədiyini söyləyib. Onun sözlərinə görə, bunadan sonra Türkiyənin NATO-nun təhlükəsizlik strukturunda yer alamayacağı barədə gedən fikirlər hadisələrin radikallaşdırılmış təfsirindən başqa bir şey deyil.(müsavat)