Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan Putinlə görüşəcək –Bu gün

Aprelin 8-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdogan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Yenixeber.org: Azadlıq Rdiosu bildirir ki, bu görüş Vaşinqtonla Ankara arasında mübahisənin qızışmasından bir neçə gün sonraya təsadüf edir. ABŞ Türkiyənin Suriyayla bağlı mümkün hərbi planlarına və Rusiyadan yer-hava tipli raket sistemi almasına qarşı çıxır.

NATO üzvü Türkiyənin Rusiyayla münasibətləri tarixən keşməkeşli olub.

Ancaq Soyuq müharibə bitəndən tərəflər güclü iqtisadi əlaqələr yaradıb, son illər xüsusilə yaxınlaşıblar. Bu, Türkiyənin Vaşinqton və Avropa Birliyi ilə münasibətlərinin zəiflədiyi dönəmə təsadüf edir.

Türkiyə Rusiyadan NATO sisteminə uyğun gəlməyən S-400 raket sistemi almaqda qərarlıdır və bu, Birləşmiş Ştatları, alyansın digər üzvlərini əndişələndirir, onlar bu sistemi ABŞ istehsalı olan F-35 qırıcılarına təhdid kimi görürlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam